Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qadınların sevgisini necə qazana bilər?

Qadını özünə aşiq etmək üçün kişilər hansı yollara əl atmalıdır? Bunun üçün gül, romantik axşam yeməyi, yoxsa sevgi haqqında filmə baxmaq lazımdır?
Qadının ürəyini ələ alan, onu özünə aşiq etmək üçün kişinin nələr etməli olduğu məqamları təqdim edilir:

1. Uşaqlarla yaxşı yola gedin. Onlarla yola getməsəniz də, ən azından hər dəfə gördüyünüzdə nifrət etdiyinizi deməyin.
2. Başınıza gülməli hadisə gələndə özünüzə gülməkdən qorxmayın.
3. Qadınlara hörmət edin, hətta əvvəlki sevgiliniz haqqında pis söz deməyin.
4. Gözlənilməz anlarda qəhvə ya da səhər yeməyi hazırlayın. Səhəri yataqda ləzzətli şirniyyatlarla da aça bilərsiniz.
5. Qorxu filmlərinə baxanda, onu bərk-bərk qucaqlayın.
6. Köynəyinizdən birini ona verin.
7. Köynəyinizin ona çox yaraşdığını söyləyin.
8. İctimai nəqliyyatda yaşlı xanımlara yer verin.
9. Xanımlara həmişə yol verin.
10. Əyləncə məkanlarına birlikdə gedin, səsiniz olmasa da, karaoke oxuyun.
11. Hobbilərinizi ona da öyrədin.
12. Suallarına həmişə dürüst cavablar verin.
13. Görüşə gələndə üzünüzdən təbəssümü əskik etməyin.
14. Sevdiyi içkiləri unutmayın.
15. Saçlarını oxşayın.
16. Tv-nin pultunu həmişə əlinizdə saxlamayın.
17. Küçədə yağış yağanda ədyala bürünüb gəzin.
18. Soyuq havalarda birlikdə şəhəri gəzin və saralan yarpaqlara baxmaqdan zövq aldığınızı deyin.


Tarix: 23.11.2014 / 00:04 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Kişiler haqqında
loading...