Dodaqlarda hətta barmaq uclarından 100 dəfə daha çox sinir nöqtələri vardır. Alimlər sübut etmişlər ki, qadınlarda kişilər üçün cəzbedici yalnız dodaqlardır. Onlar bildirirlər ki, kişilərin əksər hissəsi qadınlarla ilk görüşün ilk 10 saniyəsinin yarıdan çoxunu onların agzına baxırlar. Əgər qadın çəhrayı dodaq boyası çəkibsə bu , 6- 7, qırmızı çəkibsə 7-13 saniyə davam edir.
Kişilər niyə qadınların dodaqlarına baxırlar? sualının cavabı da tapılıb.
Demə, kişi şüur altı səviyyədə qadın dodaqlarının ehtiraslılıq səviyyəsini müəyyən edə bilər, çünki dodaqların forması, xarakteri və temperamenti arasında müəyyən uyğunluq vardır.
Həcmli dodaqlar bu ehtiras simvoludur, axı üz cizgilərinin, məhz dodaqların həcmi özü qədər də böyük həzz vəd edir. Hesab edilir ki, belə insanlar ehtiraslı həzz haqqında həqiqətən hər şeyi bilirlər. Bura seksdən yeməyə və gözəl şeylərə qədər hər şey aiddir. Bu qadınlar özünü yalnız ən yaxşılarla əhatə etməyə çalışan qurmandırlar.
İncə, nazik dodaqlar qapalılığa, inadkarlığa və hətta şübhəliliyə işarədir, amma əgər bu insanın etibarını qazansanız, o zaman ona cəsarətlə güvənmək olar. Əksər hallarda təbiət düşüncəli və susqun insanları belə dodaqlarla mükafatlandırır. Əsasən bu, ətrafdakıların uğurlarını ürək ağrısı ilə qəbul edən zəhmətkeşlərdir. Onların dili çox vaxt kəskin olur, həmçinin düşündüklərini deyirlər. Bununla belə, onlar ən sadiq dostlardır.
Vizajistlərin fikrincə, bu mövsüm sadə və açıq dodaq boyaları daha çox dəbdədir. Lakin dəbdən əlavə, həmin tonların yaraşmasını da nəzərə almaq lazımdır.
Bildyimiz kimi dodaq boyası güclü cins üzərində böyük təsirə malikdir. Odur ki, dodaq boyası çəkərkən bəzi məqamlara, boyanın keyfiyyətinə, növünə fikir vermək lazımdır.
Yay aylarında dodaq parıldadıcısından istifadə etmək daha məqsədə uyğundur. Keyfiyyətli dodaq parıldadıcısı dodaqlara parlaqlıq və uzun müddət sayrışan parıltı bəxş edir. O dodaqları mükəmməl parıltı ilə bürüyərək onların gözəlliyini vurğulayır. Bəzi dodaq boyaları yalnız mükəmməl makiyaj deyil, həmçinin liftinq effekti sayəsində dodaqları hamar və həcmli edir. Boya alarkən onun tərkibində dodaq dərisini nəmləndirən, ətraf mühitin zərərli maddələrindən və yaşlanmadan müdafiə edən A və E vitaminlərinin, düyü yağının, günəşdən qoruyan A və B spektrli filtrlərin olmasına diqqət yetirin.
Keyfiyyətli dodaq parıldadıcısı 8 saat ərzində dodaqları E, C vitaminləri ilə təmin edir və yapışqan təsir bağışlamır. Istifadədən artıq bir neçə saniyə sonra rəng çaları özünü göstərməyə başlayır. Qidalandırıcı boyalar dodaq dərisini hamarlayır, boya piqmentləri isə vasitəni parlaqlıq və intensivliklə təmin edir.
Tarix: 23.11.2014 / 00:00 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Kişiler haqqında