Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin gözüylə əslində ideal qadın necədir?

• İdeal bir qadının oxuma vərdişi olmalı. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.

• Telefonla lazım olduğu qədər danışmalı. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin sinirlərini pozur.

• Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur.

• Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə programlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.

• Lüks tutqunu olmamalı, alver əsnasında da məntiqini qoruya bilməli. Kredit imkanı var deyə evə gərəksiz əşyalarla dolu paketlər daşımamalı.

• Spirt və siqaretdən uzaq dayanmalı. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.

• Formasına diqqət yetirməli. Amma hər yeməyə "diyetadayam" deyə başlamamalı. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biri.

• Evi ya da otağını oyuncaqlarla doldurmamalı. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalı.

• Dilini pis istifadə etməməli. Bol bol yəni, filan, şey kimi sözlər istifadə edən və arqo danışan qadınlar yerinə təsirli və nizamla danışma hər vaxt daha cazibədar gəlir.

• Yalnız qızlarla deyil kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar gəlir. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər.

• Uşaq təqlidi edərkən çox cansıxıcı olmamalı. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilir.

• Qısqanc olmamalı. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirə bilərlər.

• Kişinin hər şeyiylə maraqlanmamalı. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı münasibətin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.

• İç dünyasında dinc ola bilməli. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə içi problemləri təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir.

• Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.


Tarix: 23.11.2014 / 21:38 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Kişiler haqqında
loading...