Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərə “gec çatır”

Qadınlar çox vaxt şikayətlənirlər ki, kişilər onların danışdıqlarına qulaq asmır. Bəzən diqqətlə qulaq assalar belə, ya dediklərini anlamır ya da onu tamam başqa cür başa düşürlər. Əslində bu kişilərin özündən aslı olan məsələ deyil. Aparılan araşdırmalar sübut edib ki, qadınların bu barədə kişilərdən şikayətlənməsinin tam tibbi əsası var.

Kişilərin beyni ilə qadınların beyin quruluşunun fərqli olduğu yəqin ki, çoxumuza məlumdur. Elə yuxarıda qeyd edilən narazılıqların yaranmasına səbəb də qadın və kişi beyni arasında olan fərqdir. Belə ki, qadınlarda beynin sol yarımkürəsi daha erkən və sürətli formada inkişaf etmədiyi halda, kişilərdə beynin bu hissəsi daha gec inkişaf edir. Buna görə də onlarda eşitmə və analiz etmə qabiliyyəti zəif olur. Qadın kişinin dediyi ən uzun, dolaşıq cüməli başa düşüb, 2-3 dəqiqəyə həmin məsələni beynində analiz etdiyi halda, kişilər onlara deyilən nisbətən qəliz cümləni yalnız başa düşmək üçün 4-5 dəqiqə vaxt ayırır, çox vaxt heç məsləni özləri üçün aydınlaşdırmağa belə çalışmırlar. Buna görə də kişilər qadınları xırdaçı hesab edirlər.

Qısacası, əziz xanımlar, əgər qarşınızdakı kişiyə nəisə izah etmək istəyirsinizsə, bunu ən sadə cümlələrlə, ucadan izah edin və əgər onun danışdıqlarınıza qulaq asmadığını düşünürsünüzsə, bunu diqqətsizlik kimi deyil, sadəcə yaradılış fərqi kimi qəbul edin.


Tarix: 01.03.2014 / 02:41 Müəllif: ADMIN Baxılıb: 536 Bölmə: Kişiler haqqında
loading...