Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qorxu hiss etdikdə daha ehtiraslı olurlar

Kişiləri ehtirasa gətirmək, onları başdan çıxartmaq əslində çox asandır. Çünki yoldan çıxmağa hər an hazırdırlar. Onları təkcə çılpaqlıq, seksual sözlər və ya baxışlar cəlb etmir. Kişiləri asanlıqla təhrik edən elə davranışlar və fiziki xüsusiyyətlər var ki, bu biz qadınların heç ağlına belə gəlməz.

Balqabaqlı keks qoxusu
Bəzi qadınlar kişiləri "Chanel no.5” ətri ilə başdan çıxarmağa çalışır. Ancaq Şikaqonun Dad və Qoxu Araşdırma Mərkəzinin tədqiqatçılarına inansaq, lavanda ilə qarışdırılmış balqabaqlı keks qoxusu kişilər üzərində daha təsirlidir. Bu qoxu kişilərin rahatlaşmasına səbəb olur və kişinin cinsiyyət orqanında qan dövranını sürətləndirir.

Qorxu və təşviş
Kolombiya universitetinin alimləri tərəfindən aparılan araşdırmalar göstərib ki, qorxu və təşvişdə olan kişilər daha tez ehtirasa gəlirlər. Həmçinin təhlükəli vəziyyətlərdə kişilər qadınlara daha asan yaxınlaşa bilirlər.

Tədqiqatçılar bildirirlər ki, hətta kişinin sədaqətsizliyinin səbəbi də bu ola bilər. Xəyanət edən kişi hər an yaxalanacağı və yalanının üzə çıxacağı qorxusu ilə təhrik olur və seks zamanı daha çox həzz alırlar.

Qırmızı
Kişiləri sadəcə qırmızı geyimlər və qırmızı dodaq boyası ilə cəlb edə biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Nüfuzlu jurnallardan birində yayımlanan araşdırmaya görə, kişilər utananda və ya üşüyəndə üzü qızaran qadınları daha seksual hesab edirlər.

Qollar
Belə bir populyar fikir var ki, kişilər uzun ayaqlı xanımları çox bəyənirlər. Ancaq araşdırmalar göstərir ki, uzun qollu qadınlar kişiləri maqnit kimi çəkirlər.

Bahalı alt paltarları
Kişilər bahalı alt paltarı geyinən qadınları daha seksual hesab edirlər. Çünki onlar yaxşı başa düşürlər ki, alt paltarına sərvət xərcləyən qadın bunu yataqda unudulmaz olmaq və kişinin yaddaşına yazılmaq üçün edir. Elə bu fikir kişilərin ağlını başından almağa kifayətdir.

İri omba
Kişilərin iri ombalı qadınları bəyənməsinin əsasında təkamül durur. Qadınların ombalarında omeqa 3 yağı var. Bu yağ hamilə qadının ciftinə göndərilir. Beləliklə, ana qarnındakı körpə daha sağlam qidalanmış olur. Bu şüur altı mesaj kişiləri ombaları böyük olan qadınları bəyənməyə sövq edir.


Tarix: 22.11.2014 / 23:42 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Kişiler haqqında
loading...