Qadınlar, kişiləri hansı meyarlara görə seçərlər? Buna verəcəyimiz cavabı, insanın ağlındakı, özünün də bilmədiyi instinktlərini göz qarşısında saxlayaraq cavablandırmalıyıq.
Hər nə qədər təhsilli və müasirliyi olursa olsun, hər insanın içərisində nəzarət edilməyi çox çətin olan təbii instinktləri var və verdiyi qərarlarda bu instinktlər ağırlıq təşkil edəcək.
Bu elmi bir gerçəkdir.
İnsanların ən fundamental instinktləri həyatda qalmaq və artım instinktləridir.
İlk ehtiyacı olan həyatda qalma1 ehtiyacını zəmanətə alan bir insan, artım və digər ehtiyaclarını aradan qaldırmaq arxasıyca gedir.
Kişilərin ümumiyyətlə bir anlıq həzzlər arxasında qaçdığı mövzusunda ümumi bir qanı var.
Bu bir baxımdan doğrudur. Kişilərin artım instinktləri, onları soylarını mümkün qədər genişlətməyə itələyər.
Mümkün olduqca fərqli və çox qadından övladları olsun istəyərlər.
Bu istəyi saxlaya bilmək olduqca çətindir; dediyimiz kimi: təbii instinktlər inkişaf edərlər.
Qadınlar isə uzun vədəli fikirləşir və seçici davranırlar.
Anlıq həzzlərə bağlı deyildirlər. Qadınların artım instinktləri, onları ən sağlam kişilərdən
övlad sahibi olmaq və bu övladlarının və özünün ən etibarlı və rahat şəraitdə yaşamasını təmin edəcək kişiləri axtarışa itələyər.
Qadınların məşhur, varlı və yaraşıqlı yoldaş axtarmaq səyi bu iki xüsusiyyəti bir yerdə istəməklərindəndir.
Yəni yaraşıqlı kişi, sağlam kişi deməkdir. Varlı kişi, balalarına və yoldaşına təhlükəsizlik
və rahatlıq təmin edəcək kişidir. Bütün olan budur əslində.
Qadınların bu instinktləri bir çox vəziyyətdə özünü göstərəcək. Məsələn bir qadınla yaxın davransanız, kompliment deyərək ona qarşı comərd olsanız, nə qədər məsuliyyət sahibi və etibarlı olduğunuzu, uşaqları nə qədər çox sevdiyinizi izah etsəniz və heç olmasa sağlamsınızsa şansınız çox yüksəkdir.
Təbii instinktlərimizin gücünü qəbul etmək əlbəttə ki, özümüzlə barışmağımızı təmin edər.
Ancaq bunu unutmayın: hər nə olursa olsun insanları heyvanlardan ayıran, onların əxlaqi dəyərləri, fikirləri və qabiliyyətləri var.
Öz təbiətimizlə ziddiyyət təşkil etmədən, insanlığımızın şüuruyla, əlaqələrimizə dərinlik qazandırmalı və onları ucaltmalıyıq.
Tarix: 19.05.2013 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 414 Bölmə: Kişiler haqqında