Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu cümlələr qadınları uzaqlaşdırır

Əziz kişilər, bir qadınla münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, hər şeydən əvvəl həmin qadınla ünsiyyətinizə fikir verməlisiniz. Qadınlarla söhbət zamanı özünü həmcinsi ilə danışırmış kimi hiss etmək biz kişilərin ən böyük səhvidir. Bütün bunlardan əlavə həm də qadınların qəlbinə gedən yolu tapmaq üçün onların sevmədiyi sözlər, ifadələr barəsində də məlumatlı olmalıyıq. Bu dəfəki məqaləmizdə sizə elə bu barədə məlumat verməyə çalışacağıq. Beləliklə, qadınları əsəbiləşdirən ən məşhur cümlələr:

Mənimlə sevgili olarsan?
Bir qadınla münasibətiniz zamanı əsla belə bir cümlə qurmayın. Çünki qadınlar həmişə idarəni öz əlində saxlamağı bacaran kişilərə üstünlük veririlər. Onlar üçün ideal kişi tipi fikirləri yanlış olsa belə, öz dediyini qadına qəbul etdirməyi bacaran şəxslərdir. Buna görə də sizin qadına qarşı belə bir cümlə qurmağınız onda sizin özünüzə inamınız barədə mənfi rəylər formalaşdırır. Bu cülənin əvəzinə, "Bəlkə birlikdə nəsə edək?” və ya "Telefon nömrəni verə bilərsən?” tipli cümlələr daha özünə əmin səslənir.

Səni öpə bilərəm?
Bir qadından əsla onu öpmək barədə icazə istəməyin. Bu sual qadını kişinin gözündə uşaq kimi göstərir. Ümumiyyətlə, edəcəyiniz hərəkərlərlə bağlı qadından icazə almağınız onların gözündə heç də xoşagələn addım deyil.

Yersiz özünütərif
Kişi əsla evi, avtomobili və ya digər maddi varlıqlarından qadına təsir etmək üçün istifadə etməməlidir. Bu qadınların gözündə çox sadə və bəsit üsul hesab edilir və heç də sizin düşündüyünüz qədər təsirli vasitə deyil.

Axşam nə edək?
Biz kişilərin ən çox yol verdiyimiz səhvlərdən biri də budur. Çünki qadınlar nizamlı bir planı və proqramı olan kişiləri daha çox sevirlər. Buna görə də çalışın ki, ona belə sual ünvanlamaq əvəzinə, axşam üçün bütün planı hazırlayıb daha sonra onu dəvət edəsiniz.

Məndən xoşun gəlir?
Əgər bir qadından sizdən xoşu gəlib gəlmədiyini soruşursunuzsa, bu sualla siz onun gözündəki dəyərinizi itirirsiniz. Qadınlardan bu sualı soruşmağa heç bir ehtiyac yoxdur. Onsuzda o öz hərəkətləri və sözləri ilə sizin bu sualınızı cavablandıracaq.

Mesajıma niyə cavab vermədin?
Bir qadına əsla psixoloji təzyiq etməyə çalışmayın. Çünki qadın özünü günahkar kimi hiss etməyə başladığı an əsla rahat olmaz. Bu da münasibətinizin gələcəyinə mənfi yöndə təsir göstərər.

Bu vaxta qədər neçə sevgilin olub?
Qadının gözündə kişini hörmətdən salan cümlələrdən biri daha. Bu sualla siz özünüzə olan inamsızlığınızı bir daha hiss etdirmiş olursunuz.


Tarix: 22.11.2014 / 23:40 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Kişiler haqqında
loading...