Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların gündəlik qidalanma cədvəli necə olmalıdır?

6-12 - ci ay dövrü körpələrin hər bir dövrü üçün fərqli xüsusiyyətdə qidalanma planları edilə bilər. Ay - ay, körpələrdə gündəlik qidalanma necə olmalı?
• 6- cı ayda qatıq, meyvə püre (alma, şaftalı), tərəvəz şorbaları, ana südü verilə bilmirsə, sulandıraraq uzun ömürlü süd və ya mamalar istifadə edilə bilər. Düyü unu və südlə gecə pudinqi hazırlana bilər.

• 7 və 8 - ci aylarda tərəvəz püreləri, buğda, yarma, düyü, mərciməkdən ibarət olan taxıl şorbaları, fəslə uyğun meyvələr, pasterizə pendir, şorbalarında qıyma, toyuğun ağ olmayan ətli qisimləri dəmir tərkibli zəngin olduğundan bu ayda başlanılması lazım olan digər qidalardır. Yumurta sarısı az miqdarlarda naharında verilə bilər.

• 9 və 12 - ci aylarda isə körpəyə yeyə biləcəyi konsistensiyada bütün qidalar az- az verilməyə başlanmalı və bütün qidalarla tanış olması bu dövrdə təmin edilməlidir.

• 12- - ci aydan sonra evdə bişən hər yemək yedirilə bilər. Ara yeməklərdə qidalandırıcı, yüksək kalorili olmayan, meyvə, qatıq, süd kimi qidalar verilməlidir.

Ana südü alan körpələrdə gündə 3 pay, ala bilməyənlərdə isə 5 pay əlavə qida verilə bilər. Əlavə qidalara öyrəşdikdən sonra gündə 2-3 boşqab nişastalı qida (şorba, düyü, çörək, quru paxlalı və s), 2 boşqab tərəvəz-meyvə və 1 boşqab ət və məhsulları verilməlidir. Gündə 500 ml süd ehtiyacı da ana südü, qatıq, pudinq şəklində tarazlıqlanaraq verilməlidir.


Tarix: 06.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Körpəyə qulluq
loading...