Əmizdirmək dövründə az kalorili bəslənməyə riayət etməklə arıqlamaq mümkündür. Ana südünün ifrazı üçün bədənin enerji sərf etməsi lazımdır. Hər 100 ml süd 100 kalori dəyərində olur. Körpə doğulduqdan sonrakı 1 həftədə ana südündə artım başlayır.
Körpə normal olaraq əmməyə başladığında isə ana südünün miqdarı gündəlik olaraq 700-800 ml qədərində olur. Bu da ananın 750 kaloridən daha artıq enerji sərf etməsi deməkdir. Buna görə analar bu dövrdə heç bir pəhriz saxlamadan arıqlaya bilərlər. Ana südünün dəyəri üçün şəkərli yox, təbii tərkibli qidalar yeyin. Qarında yığılan yağlar südün ifrazı üçün lazım olan enerjiyə sərf olunur.
Anaların yaşadığı "südün azalması" qorxusu onlarda çəki azalmasına səbəb olur. Su, bulaq suyu, meyvə, tərəvəz, süd, qatıq, ayran, kompotlar, az yağlı şorbalar, buğda çörəyi, bulğur, yulaf unu, paxlalılar ana südünü artırmağa kömək edən qidalardır.
Süd verən analar səhər yemək yemədən günə başlamamalıdır. Günə enerjili başlamağa kömək edən səhər yeməyi südü artırır və kilo verməyə kömək edir. Buna görə hər gün vaxtında səhər yeməyi yeyilməlidir.
Günorta və axşam saatlarında tərəvəz və quru paxla tərkibli şorbalar yeyin.
Gündə 2.5 -3 litr su için. Süd verən analar daha çox maye qəbul etməlidir.
Səhər yeməyində mütləq yumurta yeyin. Protein qaynağı olan yumurta iştahanı nəzarətdə saxlayır. Meyvə və tərəvəz yemək də vacibdir.
Pəhriz şiriniyytlarınızı özünüz hazırlayın. Sadə şəkər tərkibli şirniyyatlar südü deyil, çəkini artırır. Pəhriz kəsmiyini bir neçə dadlandırıcı, un və mürəbbə suyu ilə qarışdırıb dadlı şiriniyyat hazırlamaq mümkündür.
Süd verən dövrdə gündə ən az 1, ya 2 fincan qəhvə içmək olar. Daha artığı yuxusuzluğa yol açar və key kimi olarsız.
Hər gün kalsiumla zəngin olan süd, qatıq, pendir yeyin.
Hər gün maqneziumla zəngin olan 10 ədəd badam, ya da 4 qoz yeməyi unutmayın. Uşaqlarda qaz və şişkinliyə yol açacaq ədviyyatlı qidalar yeməyin.
Südünüzün keyfiyyətini artıracaq 40 qram qaynamış və qızardılmış noxudu qatıqla qarışdırıb arada acdıqda yeyə bilərsiniz.
Hər gün 10-12 dəqiqə günəş qəbul edin. D vitamini baxımından vacibdir. 11:00 - 14:00 saatları arasında havaya çıxın.
İşləyən analar 3-4 saatdan bir 10 dəqiqəlik fasilələrlə südünü sağmağı unutmasın. Süd vermə dövründə körpənizi ancaq ana südü ilə qidalandırın. Əgər südünüz az gəlirsə, körpənizi sinənizdə uzun müddət saxlayın.
Yorğun olduğunuzda imkan tapıb az da olsa 15 dəqiqə yatmaqla bədəninizi dincəldin.
Doğuş sonrası anaların körpələri ilə birlikdə həkimə getməsi lazımdır. Diş və sümük itirilməsi, saç və kirpik tökülməsi, həssas olmaq, dəri problemləri, trioid xəstəliklər kimi problemlər süd verən anaların çox rastlaşdığı hallardır.
Süd verən analar pəhrizə başlamadan əvvə həkim nəzarətindən keçməlidir.
Tarix: 05.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Körpəyə qulluq