Körpənin ana südü ilə qidalanmasında ,sağlam böyüməsində ananın gündəlik rejimə düzgün riayət etməsinin böyük rolu var.
Ana ilə körpə doğum evindən gələrkən ev təmiz olmalıdır.Qadının hər şeydən əvvəl şəxsi gigiyena qaydalarına düzgün əməl etməsi vacibdir.Uşaq əmizdirilən bütün dövr ərzində bədənin ,əllərin ,çamaşırın təmizliyinə xüsusi diqqət yetirmək lazımdır.Uşaq əmizdirən qadın hər gün duş qəbul etməli,ya da belinə qədər sabun və isti su ilə yuyunmalıdır.Bunun üçün uşaq sabunundan istifadə etmək məsləhətdir.Uşaq əmizdirmədən qabaq hər dəfə qadın özünü səliqəyə salmalı,saçlarını ləçəyin altına salmalı,əllərini sabunla yumalıdır.Dırnaqların qısa tutulması vacibdir.Qadın alt paltarını hər gün dəyişməlidir.Körpəni qucağına götürərkən ananın paltarları təmiz olmalıdır.
Süd vəzlərinə xüsusi qulluq tələb olunur.Əmizdirmədən əvvəl və sonra döş vəzi dezinfeksiyaedici maddələrin sulu məhlullarında (bor turşusunun,kalium-permanqanatın 2 %-li,furasilinin 0.02 % məhlulları və .) isladılmış pambıqla,daha sonra qaynanmış su ilə silinməlidir.Süd vəzi qurulanır,döş sıxılır ,bir neçə damcı süd axdıqdan sonra uşaq əmizdiriliir. Döşlə əmizdirmədən sonra süd qalarsa onu ya əllə,ya da südsoranla sağmaq lazımdır.Süd vəzində çatların əmələ gəlməsinin qarşısını almaq üçün hər dəfə uşağı əmizdirib vəzi siləndən sonra döş giləsinə sağılmış süd və ya A vitaminin yağda məhlulu çəkilməlidir.
Körpəsinin ana südü ilə əmizdirən analarda süd vəzi iltibahı –mastit müşahidə oluna bilər.Əgər anada mastit başlamışsa mütləq həkimə müraciət etməlidir.Buna görə də mastit haqda ananın azacıq da olsa anlayışı olmalıdır.Süd vəzinin iltihabı qulluq və gigiyena qaydalarına riayət etmədikdə,körpəni gec-gec əmizdirdikdə,vəzdə süd durğunluğu olduqda ,ya döş giləsində olan çatların qadının çirkli əllərindən və ya körpənin ağız boşluğundan yoluxması zamanı baş verir.Bu zaman əvvəldə qadının hərarətinin qaxması,baş ağrısı,iştahsızlıq,vəzdə ağrı müşahidə olunur, bu dövrdə vəzdə süd durğunluğunu aradan qaldırmaq məqsədilə uşaq tez-tez həmin döşlə əmizdirilməli və ya döşdəki süd vəzi tamam boşalana qədər tez-tez sağılmalıdır.Əgər bu tədbirlər görülmürsə,qadının vəziyyəti ağırlaşır,süd vəzi bərkiyir,şişir,dərisi qızarır- bu zaman döşü sıxdıqda irin qarışıq süd gəlir.Xəstəliyin müalicəsi vaxtında başlanmazsa cərrahi müdaxiləyə ehtiyac olur.Buna görə də xəstəliyin əvvəlindən vəzə xörək duzunun çay sodasının hiportonik məhlulunda isladılmış tənzif tez –tez dəyişilməklə qoyulmalıdir.Hər iki saatdan bir 20-30 dəqiqəliyə buz qoyulması məsləhətdir, bu dövrdə antibakterial müalicə vacibdir,sonrakı günlər isidici kompresslərdən istifadə olunur.Mastit olan vəz tez-tez sağılmalı, boşaldılmalıdır.Xəstə döşlə körpəni əmizdirmək olmaz. Belə vaxtlarda uşağa ancaq sağlam döş verilməlidir.
Uşaq əmizdirən qadının büsthalterdən istifadə etməsi onun istəyindən asılıdır.Büsthalter pambıq parçadan olmalı və süd vəzlərini saxlamalıdır,çünki süd vəzlərinin sallanması və eləcədə onun tarım çəkilib sallanması və eləcədə onun tarım çəkilib bağlanması südün çəkilməsinə maneçilik törədir və nəticədə süd azalır.Üşağı rahat əmizdirmək üçün büsthalterin,paltarın ,köynəyin qabaqda düymələri olmalıdır.Büsthalter və digər alt paltarları tez-tez dəyişdirilməlidir.
Uşaq əmizdirən sağlam ananın vitaminlərlə zəngin yüksək kalorili qida qəbul etməsi vacibdir,qəbul olunan qida qadın orqanizminin sərfini ödəməli və südün tərkibinin tam dəyərli olmasını təmin etməlidir. Ananın qidası müxtəlifliyi ilə fərqlənməli zülallara(110-120 qram),yağlara(120qram-bundan 20 qramı bitki yağı olmalıdır),karbohidratlara(500 qrama qədər)olan gündəlik tələbatı ödəməlidir.Buna görə qadının qida rasionuna hər gün 180-200 qram ət(balıq,toyuq),500-800 ml süd,100-150 q kəsmik,50 q pendir,50 q yağ,1 yumurta,500-600 q tərəvəz(kartof 200 q –dan çox olmamalı),200-300 q meyvə ,300-400 q çörək daxil edilməlidir: çörəyin müəyyən hissəsi B qrup vitaminlərlə zəngin olan qara çörəkdən ibarət olmalıdır. Xüsusilə qışın son ayları və yazda meyvələrin az olduğu dövrdə həkim təyinatı ilə vitamin və mineral maddələrdən ibarət polivitamin preparatlarının qəbulu məsləhətdir.
Uşaq əmizdirən ana gündə 5 dəfə yeməli,duru xörəklərə daha çox üstünlük veməlidir,ümumiyyətlə maye qəbulu qadının gündəlik tələbatını ödəməlidir,adətən onun miqdarı,bir qədər artırılmalı və gün ərzində (xörəklər də daxil olmaqla)2 litrə qədər çatdırılmalıdır.Amma qadına çoxlu maye içməyi tövsiyə etmək heç də məqsədə uyğun deyil.Qidanın və mayenin normadan artıq qəbulunu süd ifrazını artırması haqda fikir səhvdir,həddən çox yemək qadın orqanizmi üçün artıq yükdür və bu kökəlməyə,bəzən də süd ifrazının azalmasına səbəb ola bilər.
Ana süd az olan hallarda mütləq həkimə müraciət etməlidir.Qeyd etmək lazımdır ki,bunun qarşısının alınması üçün yenidoğulmuşun erkən döşə qoyulması,onun tez-tez əmizdirilməsi vacibdir.Hər dəfə körpəni əmizdirdikdən sonra döşdə qalan südün sağılması da süd ifrazının azalmasının qarşısını alır.
Uşağı döşə qoymazdan 10-15 dəqiqə qabaq ananın bal yeməsi,çay,kompot,itburnu dəmləməsi içməsi də süd ifrazını artırır.Bundan başqa qadın gündəlik rejimə əməl etməli,düzgün qidalanmalı,təmiz havada gəzməli,yuxusu normal olmalı, həyəcan və əsəb gərginliyindən uzaq olmalıdır.
Çətin həzm olunan qidaların ( çox yağlı qidalar,qarğıdalı və s.) ,konservlərin qəbulundan çəkinmək lazımdır. Ananın bir çox meyvə tərəvəzi (üzüm,xiyar,kələm,kartof,ərik,yemiş ) çox miqdarda qəbul etməsi uşaqlarda həzmin pozulmasına,köp əmələ gəlməsinə, bu isə körpənin ümumi narahatlığına ,yuxusunun pozulmasına səbəb olur.
Uşaq əmizdirən ana ağır fiziki işdən çəkinməli, hər gün 8-9 saat yatmalı, münaqişə və mübahisələrdən qorunmalı,daim qayğı ilə əhatə olunmalıdır.Yorğunluq, yuxusuzluq,həyəcan və təlaşlar qadının sinir sisteminə mənfi təsir edir,onun xəstəliklərə qarşı müqavimətinin azalmasına,süd ifrazının pozulmasına səbəb olur.Buna görə də ev işlərində,uşağa qulluqda anaya kömək etmək lazımdır.
Hər bir uşaq əmizdirən ana bilməlidir ki,süd vəzi müəyyən maddələr üçün baryer funksiyasını daşımaqla bərabər bəzi maddələri asanlıqla südə keçirir. Analara spirtli içkilər içmək,siqaret çəkmək qəti qadağandır,bunlar südə keçərək körpədə mərkəzi sinir sisteminin oyanmasına,ümumi narahatlığa,hətta ağır zəhərlənmələrə də səbəb ola bilər. Ana,südün xoşagəlməz qoxusuna səbəb olan kəskin iyli qidalardan(soğan,sarımsaq) da imtina etməlidir.
Südlə uşaq orqanizminə ananın qəbul etdiyi dərman preparatları da keçə bilər. Südə dərmanların cüzi hissəsinin keçməsinə baxmayaraq,onlar uzun müddət yüksək dozalarda qəbul edildikdə uşaq orqanizmində yığılaraq toksik təsirini göstərir.Qeyd etmək lazımdır ki,uşaq orqanizminin bu maddələri zərərsizləşdirmək və bədəndən çıxarmaq imkanları çox məhduddur. Bu,xüsusilə yenidoğulmuş üçün daha təhlükəlidir.
Uşaq əmizdirən qadınlar antibakterial dərmanları-antibiotik və sulfanilamid preparatlarını qəbul edərkən onların südə keçərək bəzi uşaqlarda dərman allergiyasına ,bəzilərində bağırsaq pozğunluğuna səbəb olmasını bilməlidirlər.Bir çox antibiotiklərin(gentamisin,kanamisin,streptomisin,tetraskilin və s.) uzun müddət yüksək dozalarda ana tərəfindən qəbulu körpədə, xüsusilə yenidoğulmuşlarda eşitmənin zəifləməsinə,böyrək,qara ciyərin zədələnməsi ehtimalını artırır.Buna görə də həkim təyinatı olmadan bu dərmanların qəbulu yolverilməzdir.
Uşaq əmizdirən ana tərəfindən yuxu dərmanlarının ,əsəbləri sakitləşdirən preparatların,qəbizliyə qarşı,cəngolma əleyhinə dərmanların,aspirinin və s. dərmanların qəbulu da uşaq orqanizminə mənfi təsir göstərərək xoşagəlməz hallara,hətta bədbəxt hadisəyə də gətirib çıxara bilər.Bunların qarşısını almaq üçün ana hər hansı bir şikayəti olarsa,həkimə müraciət etməli,onun təyinatı və nəzarəti ilə müalicə olunmalıdır.Əgər hər hansısa dərmanın qəbulu vacibdirsə,o zaman südə keçən dərmanın konsentrasiyasını azaltmaq məqsədilə ana körpəni əmizdirdikdən sonra, onu qəbul etməlidir.
Tarix: 03.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Körpəyə qulluq