Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sual..

(verse: PRoMete)
Məni mənə göstərəndə birinci dəfə güzgü, çox qorxmuşdum.
“Bu mənmiyəm?” – anlamamışdım, “Qəribədir, Niyə bu, belədir?” – sormuşdum.
Yormuşdum, bəlkə, buna görə, bezib “Unudulacaq bu!” – demişdilər mənə,
Amma illər keçir, mənsə güzgüdə hər dəfə başqa bir mən görməyə öyrəşirdim,
Unutmaq əvəzinə… hmmm… içimdə hisslər isinirdi,
Mənliyimi deyilən kimi soyutmaq əvəzinə
Və bir gün satış öyrəndim, və bir gün alış öyrəndim.
Dedim, özüm-özümə “alış!”. Öyrəndim!
Mən əvəzinə mən almaq öyrəndim,
Mən əvəzinə mən satmaq öyrəndim.
Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda,
Özümü tək qoyub, qaçmaq öyrəndim
Və bir gün sən gəldin, qanad oldun,
Mən uçmaq öyrəndim,
Sən mənə çox öyrətdin,
Mən səndən çox öyrəndim.
Sətirlərin üzərində diyircəklə rəqs eləmək nə gözəlmiş?!
İşə bax bir, güzgüdə özümü tanıdım, üzümdə gözəlmiş
Uçarkən yerə baxdım, gördüm, “Göydən, yer üstü nə gözəlmiş!?”
Deyəcəkdim, gözləmədən və birdən sən getdin…
Qanadlarsız qaldım.
Diyirləndim... diyirləndim…

(verse: PRoMete)
Şüuraltından şüur üstünə gələn qonağımsan.
Səni dərk etmək, gormək qədər mümkünsüz.
Məni anlaya bilsən, yalnız sən anlarsan.
Bəlkə, zamanı da danacağ beynim,
Bəlkə də, bədəni də buraxacaq
Bu ruhum səni görə bilmək üçün, nələr etməzdi?!
Amma nəfsim, əksimə işləyən iti xəncər,
Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla.
Doğram-doğram… könül istər yenidən doğulam.
Ana bətnindən çıxan anda, sevinc yox,
Qəm bəxş edə hər kəsə ölü cismim.
Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir.
Üsyan bu ruhda hakim. Məni bağışla!
Bunu tək sən bacarırsan, çünki.
Sənə yalvarmaqdan, səni tərifdən başqa,
Nə dəyərim varki, sanki.
Bunu mənə oyrədən də sənsən,
Ala da bilərsən əgər istərsən.
Mənə əvvəl özünü dərk et buyurmusan,
Amma məni düşündürən bir neçə sual var:
Səndən niyə qorxuram?
Sənə niyə qayıdacam?
Məni niyə yaratmısan?
Səni niyə görə bilmirəm?
Mən kiməm?
Bəs sən kimsən?


Tarix: 30.03.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 423 Bölmə: Host
loading...