(verse: Qaraqan)
Onun hələdə ümidi var ki, anası diriləcək
Hələdə ümidi var ki, hamsı yuxudu bir gün ayılacaq
5 yaşında həyat tamam başqa cürdü
Yetim gözlərində həyat başqa cürdü, ailə başqa cürdü
İndi boş otaqda oyuncaqlar oldu özgə
Atanın əllərində anasının şəkilləri
Və həyat yeni oyunla başını qatdı
Uşaq göz yaşıyla oynadıqca
Layla oldu atası qaranlıqda hönkür-hönkür ağladıqca
Sehrli uşaqlıq illəri qaldı
Ananın qucağına həsrətlə keçən günlərin
Uydurma xəyallarına möhtac olmuş mavi gözlərin
İçində söndü arzular, divarda köhnə xalça
Tozlu süfrə boşdu, atası işdə, yazda soyuq, isti qışda
Və sərxoş qonşuların dava səsi eşidilir eyvanda
Oyuncaq heyvanlar yetim oğlanın yaxın dostu
Doldu isti zəhər atası evə gələndə yeni anayla
(skit)
- Sən heç uşaqların ağlamağın görmüsən?
- Hə, nə olub ki?
- Qəribədir, görəsən niyə ağlıyırlar ki? Onlar axı hələ heç nə görmüyüblər.
(verse: AiD)
Onun hələdə ümidi var ki, hər batan günəş geri dönən kimi
Cavanlıqda batmış xəyallar bir gün geri dönər
Üzdə yaranan hər süni gülüş kimi
Həkim qoyan diaqnoz bəlkə bir gün süni gələr
Onun hələdə ümidi var ki, artan qırışlar qocalığın deyil
Sadəcə ağlın, biliyin əlaməti
Hər edilən xəyanəti yadda saxlamaq kinli olmaq kimi görünə bilər
Amma necə olur ki, gənclik illərində fərqli-fərqli ölkələrə səyahət
İndi fərqli-fərqli xəstəxanalar ilə əvəz olunub
Məhşur olan seriallar məhşur olan dərmanlarla
Sevinc verən əyləncələr əzab verən iynələrlə əvəz olunub
Hər şey başqa cürə də ola bilərdi, amma olmadı
Ola da bilməz, çünki alın yazısı hərədə bir cürdü
Hər şey dəyişdi sevimli oğul evə gələndə
Ondan son hədiyyə, qocalar evinə dəvətnamə
(skit)
- Sən heç qocaların ağlamağın görmüsən?
- Hə,nə olub ee?
- Qəribədir, görəsən niyə ağlıyırlar ki? Onlar axı hər şeyi görüblər.
(verse: PRoMete)
Onun hələdə ümidi var ki, gecə keçib sabah olanda
Gül dəstəsi üstündə açıqca, kimsə açıqlar məhəbbətini
Anladar vurulduğunu, o da ona anladar yorulduğunu
İllərin amansız axınlarına qoşulduğunu
Günbəgün təklikdən sıxıldığını anladar
Sevgisiz necə çətindi yaşamaq
Həyat adlı oyunun əzabı keçdiyi ilə razılaşmaq haqqında uzun-uzun
Amma yox, bütün bunlara sərf eləmək üçün deyil ucuz
Amma yenə süküt, yenə qəhər, yenə kədər
Yada düşəndə yanında heç kəs yoxdu
Təkcə şikəstlər düşünür bu dərdlər bitər
Əlinə bir stəkan səhər
(skit)
Bəs sən? Sən heç ağlamısan?
Tarix: 30.03.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 265 Bölmə: Host