Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz
Gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Axtarmasın bu gün heç kəs məni
Qəlbimin qara küçələrində azmışam
Qazmışam ümidə qəbir
Bu gün mən özüm-özümdən qaçmışam
Açmışam dəftər, qələm
Sətirə bir ovuc hərf tökmüşəm
Hər kəs kimi məndə “Sabah hər şey düzələr”
Deyib, bu günümə dözmüşəm
Ölmüşəm..
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz
Gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Qəzəbim yox
Həyatımdan razıyam
Tanrı yazıçıdı, mən yazıyam
Həm şəhid oldum, həm qaziyəm
İşğal edilə bilməyən əraziyəm, mən
Səhv yol, düz yol
Önümdə yüz yol, iz qoy
Bir ruh, üzdə yüz rol
Yenə dağılıb ürəy otağının səliqəsi
Əzrayıl gəlsə, tələb elə vəsiqəsin
Qəribədi bu gün həyatım mənim
Hisslər içimi qanadır mənim
Arzular qəlbimdə pas atır mənim
İllər qəbrimə uzanır mənim
Məni mənə qaytar
Axtar, ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmin nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz
Gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox (3)
Axtarmasın bu gün heç kəs məni
Qəlbimin qara gecələrində azmışam
Düzmüşəm zibilə səbir
Bu gün özüm-özümdən bezmişəm
Yazmışam
Sonsuz kədər içində bir ovuc sevinc görmüşəm
Hər kəs ilə mən də bu kiçik sevincimi, bərabər, doğru bölmüşəm
Ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz
Gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox
Şəkərim yox, Qaraqanam, acıyam
Siz nökərlərim, mən raciyəm
Günəşim qaranlıqdan haşiyə
Həyatım gülməli bir faciə
Sərt ol, mərd ol
Ölümə dərd ol
Cəld ol, fərd ol
Hərdən pərt ol
Yenə İrəlidə “Baku Clan” qəbiləsi
Yazıda Felona “Qaraqan” qəsidədi
Kəsiləsi bu gün həyatım mənim
Uçmur, qırılıb qanadım mənim
Bəsdir özümə savadım mənim
Səssiz dayanıb saatım mənim
Məni mənə qaytar
Axtar, ürəyimin ən dərin dərəsində
Sərin qəfəsində, qəmin nəfəsində qalmışam
Hisslərimin içində azmışam, ölmüşəm
Bəlkə xəbərim yox, əsərim yox
Yazılası səhərim yox
Gecə sonsuz, küçə sonsuz
Gedirəm
Ölümün önünü tuta biləcək çəpərim yox (3)
Tarix: 30.03.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 269 Bölmə: Host