(verse:PRoMete)
Mən yerdə uzanım, sən dizini qucaqla.
Pəncərələr açıqdır, əsir pərdələr...
Bir neçə saat bir yerdə donaq,
Günəş yerin dəyişsin, gəzsin kölgələr.
Bəlkə gün gələr, içimi açaram mən sənə,
Amma döz hələ, gəl dost olaq.
Nə mən tələsim, nə sən tələs,
Sonu görməyə hələ yox həvəs.
Uç, aç qanad! aç qanad! aç qanad! aç qanad!
Sən yaşa, mən yazım!
Mən yaşamasam da olar, mən razı... mən razı...
Burda royal bir neçə not vursaydı,
Olardı rəngarəng...
Eyni ahəng bezdirəndə səni, mən əlini tutaram,
Uzağa gedərik, biraz gəzərik, başını qoyub çiynimə,
Sən, oturarsan uzağa baxaraq...
Mən isə susaram, hətta nəfəs almağa belə qorxaram ki,
Birdən, çiynim qalxıb-düşər...
Bizi sıxırdı şəhər!
Ona görə qaçmışıq!
İndi oxuyur quşlar... ətraf yaşıllıq!
(Nəqarət: Günəş, PRoMete)
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan! (x2)
(verse:PRoMete)
Gəl açaq qanad!
Gəl uçaq göyə!
Gəl qoşul mənə!
Gəl qoşul qaçaq!
İstəmirəm qoçaqlıq eləmək...
Mete, uşaqlıq eləmə!
Sərhədlərim açıq,
Fikirlərim darmadağın mənim.
Mənim üçün yoxdur qızıl orta,
Ya yoxdur nəsə, ya çıxarıram ağın.
Uça bilirəm. Elə bilmə bu tək dilimdədi,
Mənim qanadlarım belimdə deyil,
Mənim qanadlarım sənin əlindədi.
Bəlkə düşünürsən ki, sevgim sətirlər qədərdir?!
Onda, oxuduqlarım hədərdir! (hədərdir!)
Çünki mənim hisslərim daha dərindədir,
Yerin dibindədir... Bəlkə nüvədədir...
(Nəqarət: Günəş, PRoMete)
Oyan! Oyan! Oyan! Oyan!
Sən və mən... yenə də çirkli urban...
Dayan! Dayan! Dayan! Dayan!
Dayanmaq istəmirəm, gəl qaçaq burdan! (x2)
STOP!
(verse:PRoMete)
Gərək iki qulağında da olsun qulaqlıq
Və otağın olsun tam qaranlıq ki,
Yazdıqlarımı dinləyib yaşaya biləsən bir anlıq,
Axtarma mənasını, mən məna üçün yazmıram bir hərif belə.
Bu dərin gölə bənzəmir!
Bu səhra ortasında sərin bulaqdır!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Qulağını aç! Qulağını aç!
Ruhuna Qonaq Gəlim...
Tarix: 30.03.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 284 Bölmə: Host