(verse: PRoMete)
Qaranlığa doğan Günəş kimi,
Üfüqünü tək mənə göstər.
Bu notlar sözlərin acizliyi,Susacam, növbəti sətirin başına qədər.
Əsrarəngiz voyaj,
Ləpələr üzərində rəqs üçün əlimi tut!
Bizə qonaq gəlib Pokal,Mən razıyam, belə çöksün son sükut.
Ruhuma bütövlük hakim,
Sən məni tanıyırdın.
Bəs bu sınaqlar nə idi?
Bəs məni niyə yoxlayırdın?
Bilsəydik, daha əvvəl qovuşardıq.
Yooox!
Axı, artiq bizə qədər hər şey yazılmışdı
Biz bilirdik, bizə deməsələr də.
Biz, axı, susa-susa danışmağı bacarırdıq.
Göstərməsək də.
Kölgələrlə rəqs məni yordu, səni də buludlar,
Odur ki, açıldı qanadlar.
Mən səmada,
Sən səmadan,
Oyanmağım gəlmir röyadan.
Şüalan!
Qaçacam açaraq yeni cığırlar.
Mənə gərək deyil arzulamaq uğurlar,
Üstümdə nəzərin var.
(Nəqarət: Günəş, PRoMete)
Nədir bu hüdud!? Axı, niyə hər şey belə sehrli?!Sus! Yola davam! Səs gəlir, Səs gəlir, Səs gəlir Səs gəlir.
Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!Mən yanındayam! Səs gəlir, Səs gəlir, Səs gəlir Səs gəlir. (x2)
(skit: Günəş)
O, hər gün səhər səni izləmək üçün başının üzərinə qalxacaq.
Sən isə ona baxıb sevinəcəksən.
(verse:PRoMete)
Gəlsin gecə göy üzünə buludlar,
Töksün buludlar yerə damcılar,
Bəlkə, onda bu şəhər oyanar,
Bəlkə, onda səhər açılar.
Bəlkə, ulduzların yerinə sən,
Səmada parlayaraq görunərsən.
Bəlkə də, onda bu mahnını mən,
Pıçıldayaraq oxuyaram və gülərsən.
(Nəqarət: PRoMete)
Gecə yarı mən, bu sözləri yazanda,
Sən yatırdın, sən yatırdın!
Gözlərin yumulu, əlin alnında,
Mən isə sənin şəklinə baxırdım.
Çox axtardığım, amma tapdığım,
Sən uzaqda, yenə uzaqda.
Yazıram qədəri tərsinə çevirməkçün,
Bu sətirləri, sənə uzaqdan.
(verse:PRoMete)
Çöksün yenə yer üzünə qaranlıq,
Yenə vərəqlər, yenə dost qələm,
Vursun məni bədbinlik biranlıq,
Yazıram-yazıram nəticə yox hələ.
Beləcə, gecəni səhərə çevirmək istəyi,
Yenə qonağ gələ, sətirlərə,
Bu gün günorta görüşmüşdük,
Əllərimdir ətir hələ.
(Nəqarət: PRoMete)
Gecə yarı mən, bu sözləri yazanda,
Sən yatırdın, sən yatırdın!
Gözlərin yumulu, əlin alnında,
Mən isə sənin şəklinə baxırdım.
Çox axtardığım, amma tapdığım,
Sən uzaqda, yenə uzaqda.
Yazıram qədəri tərsinə çevirməkçün,
Bu sətirləri, sənə uzaqdan.
Tarix: 30.03.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 261 Bölmə: Host