(verse: Qaraqan)
Səni gördüyüm andan dondu zaman
Səni gördüyüm andan oldum başqa adam
Utanıram hisslərimdən, hisslərimə görə mən hirslənirəm
Sən həyatıma girdin qəfildən xəbərsiz
Hər yoldan keçənə gülürəm mən səbəbsiz
Dostlarım anlamır məni
Kim görür mənə mənə deyir dəli
1. Unudursan tarixi və saatı
2. iPodda sevgi mahnıları artır
3. Hər kəsi qucaqlamağa hazır
4. Kim nə deyirsə sən olursan razı
5. Ürəyin döyünür yenə sürətlə
6. Nəfəs alırsan nəfəs gəlmir
7. Yuxusuzdusa gecələrim
Bu xəstəliyin bir adı var - Sevgi
(Nəqarət: Aysel)
Əgər səmada artırsa quşlar
Əgər gül açırsa budaqlar
Əgər sevinirsə insanlar
Deməli geri qayıdır bahar
Əgər yox olursa fəsillər
İsti küləklər əsirsə
Dodaqlar gülür səbəbsiz
Deməli ürəyinə sevgi qonaq gəlir
(verse: Qaraqan)
Mən bilmirəm necə deyim hər şeyi sənə
Deyim sevirəm dəli kimi sevirəm səni
Yuxusuzdu gecələrim, hara baxıram orda sənin əksin
Bil, mənim ürəyim sənin gözlərindən alır güc
Ver mənə əlini ya ver mənə bir ülgüc
Buraxa bilmərəm səni, batıram dənizdə, sən yeganə gəmi
1. Ayaqyalın gəzirəm küçələrdə gecələri
2. Doğma bütün pəncərələr
3. Gülürəm, darıxıram, yenidən gülürəm
4. Bir sözlə, səninçün ölürəm
5. Səni görəndə dilim tutulur
6. Həyat sanki nağıldı, yuxudu
7. Bütün qorxularım bitdi
Bu xəstəliyin bir adı var - Sevgi
(Nəqarət: Aysel)
Əgər səmada artırsa quşlar
Əgər gül açırsa budaqlar
Əgər sevinirsə insanlar
Deməli geri qayıdır bahar
Əgər yox olursa fəsillər
İsti küləklər əsirsə
Dodaqlar gülür səbəbsiz
Demək ürəyinə sevgi qonaq gəlir
Tarix: 30.03.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 246 Bölmə: Host