verse:Qaraqan)
Tüstülər, Bombalar uçur uşaqların üstündən
Ağrılar, Güllələr axı bunlar nəyin üstündə?
Nəyə gərəkdi müharibələr?Nəyə gərəkdi sərhədlər?
Nəyə gərəkdi fərqli ölkələr? əgər dünya biridisə?
Nəyə gərəkdi rəngli əskilər və himnlər?
Nəyə gərəkdi irqçilik? Fərqli, eyni dinlər?
Nəyə gərəkdi türmələr? ora düşür kasıblar
Ya da ki cəmiyyətin sındırdığı insanlar
Bir nəfər öldürən qatil, yüz nəfər öldürənlər qəhrəmandı
Nərdivandı həyat kimsə qalxdı,kimsə geridə qaldı
Nəyə gərəkdi pul? əgər yemək çatırsa hamıya
Niyə kiminsə beş saray kimsə qalır daxmada?
Niyə qızlar sevilir pulnan? Niyə oğlan seçilir işnən?
Niyə valideynlərin də pul yığmaqdı toy günü beynində
İki əlim, iki ayağım, iki gözüm ama ürək təkdi
Hər şey çox mürəkkəbdi!
Hər şey çox mürəkkəbdi!
(Nəqarət:)
Rübabə Muradova
(verse:Qaraqan)
Tüstülər, Bombalar uçur uşaqların üstündən
Şikəst körpələrin davası bir çomaq üstündə
Nəyə gərəkdi ədalət? Əgər boş nağılsa
Necə deyim səma təmizdi göydən qan yağırsa
Nə qədər pul? Nə qədər qul? Nə qədər göz? Nə qədər dil?
Nə qədər sus? Nə qədər dinmə? Nə qədər bilmə? Nə qədər sil?
Nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə?
Nə qədər sətirlər misralara daşacaq beynimdə?
Sevgi qaçacaq qəlbimdən.Yalan açacaq gözlərimi
Ruhum donacaq dərində.Gözlər satacaq sirlərimi
Sən də atacaqsan bir gün məni. Unudacaqsan dediklərimi
Tətiklərivi tənqidivin bir gün üzümə çaxacaqsan
Tikəcəklər, sökəcəklər qalan yenə də toz torpaq
Deyəcəklər , güləcəklər çox asandı qul olmaq
Taxtın üstü asılı qılınclar, buna ürək gərəkdi.
Hər şey çox mürəkkəbdi!
Hər şey çox mürəkkəbdi!
(Nəqarət:)
Rübabə Muradova
Əcaba neyçün cahana gəldim yaar
Tarix: 30.03.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 333 Bölmə: Host