Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stop Kadr

(verse: PRoMete)
Gün ərzində Günəşi izləyən,
Kölgələr kimi, sənə görə dəyişkən.
Ya da ömründə yağışı bilməyən,
Səhra qumları kimi, sənə həris mən.
Ovuclarında yuva qurum və
Tərləyəndə ətrindən huş itsin
Hər şey çox yaxşıdır, amma ki,
İstərəm ki, elə indi bitsin.

(Nəqarət: PRoMete)
Dursun qoy vaxt,
Donsun əqrəblər yerində.
Gəldinsə yanıma,
Tutdunsa əlimdən.(x2)


(verse: PRoMete)
Söz dinləmir bu fikirlər,
Elə hey yanına qaçıb gedirlər.
Həqiqəti dəyişmir bu illər,
Sevginlə bütövləşir şəkillər.
Biraz uzaq qal, yoxla bəlkə heç
Darıxmırsan, demək onda boş
Səninlə bir saniyəlik əl-ələ,
Bir ömür süni gülüşdən xoş!
(Nəqarət: PRoMete)
Dursun qoy vaxt,
Donsun əqrəblər yerində.
Gəldinsə yanıma,
Tutdunsa əlimdən.(x2)


Tarix: 30.03.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 207 Bölmə: Host
loading...