Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər

• Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. (Sünəni-Tirmizi, Kitabüs-Səlat, 349; Sünəni-İbn Macə, Muqəddimə, 16.)

• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Hər kim Allah Təalanın Kitabından bir hərf oxusa bunun əvəzində ona bir savab vardır və hər savab on misliylədir. (Sünəni-Tirmizi, Babu Fəzailil-Quran, Hədis: 3076.)

• Əbu Musa əl-Əşari (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qurani-Kərimi oxuyan və lazım olduğu kimi əməl edən mömin, dadı gözəl, iyi də sitrus meyvələr kimidir. Quranı-Kərimi oxumayan, ancaq hökmləri ilə əməl edən mömin isə, dadı gözəl olan, fəqət iyi olmayan xurma kimidir. (Səhihi-Buxari, Kitabul-Fəzailil-Quran, c. VI səh. 115.)

• Ayişə (r.anha) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Qurani-Kərimi yaxşı bilib oxuyan, comərd, itaətkar olan mələklərlə bərabərdir. Qurani-Kərimi çətinliklə oxuyan kimsəyə də iki savab vardır.” (Səhihi-Buxari, Tövhid Kitabı, 52)

• Uqbə ibn Amir rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən hər hansı biriniz məscidə girər, Əziz və Cəlil olan Allahın Kitabından iki ayə oxuyarsa və ya öyrənərsə, bunlar onun üçün iki dəvədən daha xeyirlidir. Üç ayə onun üçün üç dəvədən daha xeyirlidir. Dörd ayə onun üçün dörd dəvədən daha xeyirlidir. Bu ayələrin sayları eyni şəkildə artdıqca, o qədər dəvədən daha xeyirlidir.” (Səhihi-Müslim, Kitabu Salatul-Musafirin, Hədis: 251 (803)).


Tarix: 26.04.2013 / 21:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Hedisler
loading...