• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Möminlərin iman baxımından ən kamil olanı, əxlaq baxımından ən gözəl olanıdır. Sizin xeyirliniz də ailəsinə xeyirli olanınızdır.” (Sünəni-Tirmizi, Babür-Rada, 1162; Sünəni Əbi Davud, Kitabus-Sünnə, 4682)
• Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qiyamət günü möminin mizanında gözəl əxlaqdan daha ağır basan bir şey yoxdur.” (Sünəni-Tirmizi, Babul-Birr, 2003; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799).
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.(” Əs-Süyuti, əl-Camius-Səğir, C. 1, səh 177.)
• Hz. Ayişə, Peyğəmbərimizin əxlaqının Quran əxlaqı olduğunu ifadə etmişdir. (Səhihi-Müslim, Kitabul-Müsafirun, 139.)
• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Uşaqlarınıza, lazımi şəkildə ikram edin. Onları gözəl tərbiyə edin.” (Sünəni İbn Macə, 7091; Hədis Ensiklopediyası (Kütübi-Sittə), C. 17, səh. 488.)
• Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təala çirkin və alçaq söz və davranış sahiblərinə qəlbən düşmənçilik göstərər.” (Sünəni-Tirmizi, Babül-Birr, 2004; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799.)
• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ədəbsizlik və çirkin söz, girdiyi şeyi çirkinləşdirir. Həya isə girdiyi şeyi gözəlləşdirir.” (Sünəni-Tirmizi, Babul-Birr, 1975; Sünəni İbn Macə, Kitabuz-Zühd, 4185
• Zeyd ibn Talha (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər dinin özünə xas bir əxlaqı vardır. İslamın əxlaqı həyadır.” (Sünəni İbn Mace, Kitabuz-Zühd, 4181.)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman yetmiş şöbədir; həya da imandan bir şöbədir” (Səhihi-Buxari, Kitabul İman, 3; Səhihi-Müslim, Kitabul-İman, 35,36
• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Doğruluq, insanı (Allahı razı edəcək) yaxşılığa götürər; yaxşılıq da cənnətə götürər. İnsan, daima doğrunu söylər və doğru olanı axtararsa nəticədə Allah qatında siddiq (doğru sözlü) deyə yazılar...” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəb, 4989.)
• İbn Məsudun (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar» «Buxari, 6094-cü hədis» «Muslim, 6579-cu hədis»
Tarix: 26.04.2013 / 21:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Hedisler