Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Kim doğru yola dəvət edərsə, ona, tabe olana veriləcək qədər savab verilər. Bu onların savablarında heç nəyi azaltmaz. Kim də zəlalətə dəvət edərsə, ona, tabe olana yüklənəcək qədər günah yüklənər. Bu onların günahlarından heç nəyi azaltmaz.” Müslim rəvayət etmişdir. ( Müslim: Elm ? 2674. Tirmizi: Elm ? 2674. Əbu Davud: Sünnə ? 4609. Əhməd: 2/398. Darimi: Müqəddimə ? 513.)
ŞƏRH
Bu və buna bənzər digər hədislər insanları doğru yola və xeyrə dəvət etməyə həvəsləndirir. Burada dəvət edənin fəziləti qeyd olunur. Həmçinin zəlalət və azğın yola dəvət etməkdən çəkindirir. Bunu edənin nə qədər böyük cinayət daşıdığı və aqibətinin necə olacağı xəbər verilir.
Doğru yol, faydalı elm və saleh əməldir.
Elm öyrədən və ya öyrənənləri elmə aparan yola yönəldən hər bir şəxs doğru yola dəvət edəndir.
İnsanları istər Allahın haqqı ilə, istərsə də ümumi və xüsusi şəkildə yaradılanların haqları ilə bağlı saleh əməllərə dəvət edən şəxs doğru yola çağırandır.
Dini və ya dünyəvi nəsihətini dinlə əlaqələndirən hər bir şəxs doğru yola dəvət edəndir.
Kim elmində və ya əməlində doğru yolda olarsa və digəri də onu nümunə götürərsə, o, doğru yola dəvət edəndir.
Xeyir işdə və ya ümumi faydası olan əməldə başqasından irəli keçən bu hədisin tərkibinə daxildir.
Zəlalət yola dəvət edən isə bütün bunların əksidir.
Doğru yola dəvət edənlər müttəqilərin başçıları və möminlərin seçilmişləridir.
Zəlalətə dəvət edənlər isə, Cəhənnəm oduna çağıranların başçılarıdır.
Başqasına xeyirxah və təqvalı işlərdə kömək edən hər bir şəxs doğru yola dəvət edənlərdəndir.
Digərinə günah və düşmənçilik əmələ gətirən işlərdə kömək edən isə, zəlalətə dəvət edənlərdəndir.
Tarix: 22.04.2013 / 22:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Hedisler