Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Oruc qalxandır (Cəhənnəm odundan qoruyan sipər.) Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya söysə, qoy iki dəfə : «Mən oruc tutmuşam» - desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) «O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir».
(əl-Buxari 31. Kitəbus-Siyəm 2 (1761, 1795, 1894)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın Elçisi (s.a.v) demişdir: «(Allah buyurur:) «Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm». Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin ki: «Mən oruc tutmuşam». Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir».
(əl-Buxari 77. Kitəbul-Libəs 78 (1904, 5472, 5927); Muslim 163/ 1151 (1944, 2762) (1946, 2764)
Tarix: 24.04.2013 / 22:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Hedisler