Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:
«Dölün boynuna göbək ciyəsi dolanıb». Hamilə qadınların əksəriyyəti bu xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs almır, oksigen onun orqanizminə qanla daxil olur.
Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur — damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr ananın orqanizmdən xaric olunur.
Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər. Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer var və döl üzdükdə asanlıqla açıla bilər.
Lakin əgər belə dolanma hamiləliyin 32-ci həftəsindən sonra aşkar olunubsa, bu zaman qadın mütləq əlavə müayinələrdən keçməli (doppleroqrafiya, kardiotokoqrafiya) və daim həkimlərin nəzarətində olmalıdır. Məsələ burasındadır ki, göbək bağın dolanması nəticəsində ciftdə qan dövranı pozula bilər. Bu isə çox təhlükəli haldır.
Bu səbəbdən belə qadına əlavə müayinələr təyin olunur. Doppleroqrafiya müayinəsi zamanı ciftdə qan dövranın vəziyyəti, kardiotokoqrafiya müayinəsi zamanı isə dölün ürək döyünməsinin vəziyyəti müəyyən edilir. Əgər bu müayinələr nəticəsində ciddi pozulmalar aşkar olunarsa, qadına təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.
Lakin əksər hallarda dölün boynuna göbək ciyəsinin dolanması ciddi pozulmalara səbəb olmur. Dölün boynuna göbək ciyəsinin dolanması keysəriyyə kəsiyi əməliyyatının aparılması üçün göstəriş sayılmır (döldə və ciftdə ciddi pozulmalar aşkar olunmadığı halda).
Doğuş zamanı həkim və ya mama uşağın boynunu tez və səliqəli şəkildə dolanmadan azad edir və uşaq tam normal doğulur.
Dölün boynuna göbək ciyəsinin dolanması olan qadınlarda doğuşun aparılmasında müəyyən fərqlər var.
Bu səbəbdən əgər sizdə bu patologiya aşkar olunubsa, mütləq bu haqda doğuşu qəbul edən həkimə məlumat verin. Həkim doğuş zamanı uşağın ürək döyünməsinə xüsusi diqqət yetirir. Doğuşun tez başa çatması üçün həkim qadının aralıq nahiyyəsində kəsiklər (epiziotomiya) apara bilər. Uşağın ürək döyünməsində pozulmalar əmələ gəldikdə, təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.
Dölün boynuna göbək ciyəsinin dolanmasının konkret səbəbləri yoxdur. Lakin həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez hallarda dölün xroniki hipoksiyası fonunda inkişaf edir. Xroniki hipoksiyanın səbəbləri arasında:
— hamilə qadında anemiyanın (qanazlığı) olması,
— hamilə qadının az hərəkətli həyat tərzi,
— hamilə qadının havada az olması və s. ola bilər.
Göbək ciyəsinin həddən artıq uzun olması da bu patologiyaya gətirib çıxarda bilər. Bəzən göbək ciyəsinin uzunluğu 1 m çata bilər (normada 70 sm kimi). Həkimlərin müşahidələrinə görə, göbək ciyəsinin uzun olması irsiyyatda bu patologiyası olan (anada, nənədə və s olub) qadınlarda daha tez-tez təsadüf edilir.
Dölyanı mayenin çox olması da dölün boynuna göbək ciyəsinin dolanmasına gətirib çıxarda bilər.
Bu patologiyanın profilaktikası üçün
— qadın hamiləlik zamanı anemiyanın tez aşkar olunması üçün təyin olunmuş vaxtlarda qan analizi verməlidir və anemiyanı müalicə etməlidir,
— tez-tez açıq havada gəzməlidir,
— streslərdən uzaq olmalıdır. Həkimlər hamilə qadınlara hətta qorxulu və kədərli filmlərə, kriminal xəbərlərə və s. baxmaq tövsiyyə etmirlər. Stress zamanı orqanizmdə adrenalin hormonu ifraz olunur ki, bu dölün hərəkətliliyini stimullaşdırır. Nəticədə çox fəal şəkildə hərəkət edən döl göbək bağına dolana bilər.
Tarix: 07.01.2015 / 16:56 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Ginekoloq Meslehetleri