Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenicə doğmuş qadınlar

Doğumdan sonrakı dövr 6-8 həftə davam edir. Doğumdan sonrakı təmizlənmə ifrazatı (loxiya) birinci 4 gün rənginə görə qan xassəli olur, sonra rəngi solğunlaşır, miqdarı tədricən azalır və o səciyyəvi rütubət iyi verir. İfrazat üfunət iyi verdikdə müalicə təyin edilməlidir. Əgər doğumdan sonrakı uşaqlıq təxəllüsləri bərk ağrılı olursa analgin vermək və düz bağırsağa papaverin şamı yeritmək olar. Siyimə çətinləşdikdə doğumdan sonrakı birinci gündə papaverin şamı, furadonin, vələmir həlimi təyin edilir və dərialtına maqnezium sulfat yeridilir. Əgər 7 - 8 saat müddətində bu tədbirlərin təsiri kifayət etməzsə, kateter qoyulur. Bağırsaqların təmizlənməsindən ötrü ya imalə, ya da işlətmə dərmanı təyin edilir.
şəklin təsviriYeni doğan qadınlara göndərilən ərzaq əvvəlcə tibb bacısı tərəfindən yoxlanılmalıdır. Yeni doğan qadına birinci gün duru xörək verilir, sonrakı günlər isə o adi (hər cür) yeməklərdən istifadə edə bilər.
İçkilərdən çay, zəif qəhvə, mineral sular, mors, qaynanmış su vermək olar. Yataq ağları və alt paltarı hər 4 - 5 gündən bir dəyişilməlidir. Döşənəyi isə gündə 4-5 dəfə dəyişmək lazımdır. Doğan qadın normal doğumdan sonrakı birinci gündən başlayaraq yataqda otura bilər. Onun gəzməsinə isə ilk sutkaların axırında icazə verilir.
İdman. Doğumdan sonrakı dövrdə hər gün səhərlər xüsusi kompleks üzrə ağır templi idman məşqləri keçirilir. Bundan məqsəd doğan qadına düzgün və dərin tənəffüs etməyi öyrətmək, qarın basması əzələlərinin möhkəmləndirmək, əzələ sistemini aktivləşdirmək və qan dövranını yaxşılaşdırmaqdır. İdman məşqləri səhər yeməyindən sonra yay dövrü palatanın pəncərələri açılmış və qışda palatanın havası dəyişilmiş şəraitdə aparılır.
Ev şəraitində tətbiq edilən rejim. Doğumdan sonra birinci gün yataq rejiminə riayət edilir, sonra isə ayağa qalxmaq olur. Doğan qadın bədənini təmiz saxlamalı (gündə 2 dəfə bədənini qurşağa qədər sabunlayıb yumalıdır), günaşırı duş altında yuyunmalı, hər dəfə uşağı bələməzdən qabaq - qolunu yumalı, səhər və axşam sabun və isti su ilə yaxud kalendula məhlulu ilə (1 l qaynanmış suya 1 çay qaşığı kalendula dəmləməsi qarışdırılaraq hazırlanır) altını yumalıdır.
Yataq ağlarını və alt paltarın təmizliyinə riayət etməli və doğumdan sonrakı 4 ay ərzində, qarın sallaq olduqda isə həmişə bandaj taxmalıdır. Hər gün azı 3 - 4 saat havaya çıxmalıdır. Otağı yaş əsgi ilə silib təmizləmək lazımdır. Tünd təamlı xörəklər yemək, spirtli içkilər içmək olmaz. Qarnın normal işləməsinə fikir verilməlidir. Doğum normal keçdikdən 2 ay sonra cinsi əlaqəni davam etdirmək olar, lakin bu barədə həkimlə məsləhətləşmək lazımdır. Doğum evindən çıxdıqdan təxminən 7-10 gün sonra qadın məsləhətxanası yanındakı məntəqə həkimi yanına getməlidir.
Hər hansı ağırlaşmalarda (temperaturun yüksəlməsi, qanaxma, məmələrin həddən artıq kobudlaşması hallarında) dərhal məsləhətxanaya müraciət etmək lazımdır.
Mastit başlanğıcı. Doğumdan sonrakı dövrdə çox vaxt mastit baş verir (mastit - süd vəzisinin iltihabıdır). Bu xəstəlik birdən-birə temperaturun 39°- yə qədər yüksəlməsi və bəzən üşütmə ilə başlanır. Bu zaman süd vəzisində ağrı baş verir, ümumi halsızlıq və baş ağrısı hiss edilir. Süd vəzisi dərinliyində ağrılı bərk sahə əllənir, bunun üzərindəki dərinin qızardığı görünür.
Bu halda uşağı əmizdirdikdən sonra süd vəzisini dərhal sağır və azca qaldırıb sıxaraq enli tənzif ilə kip sarıyırlar. Bu sarğının üzərindən (12 saatlıq müddətə) buzla doldurulmuş qovuq qoyur və təkrar sarıyırlar. Ağrı kəsilərsə sarğını açıb uşağı həmin döşdən əmizdirirlər. Süd vəzisində iltihab prosesi şiddətləndikdə Vişnevski məlhəmi qoyurlar. Bu sarğı adi kompres kimi hazırlanı. Lakin kağız olmur.
Ağrı kəsilməsə və temperatur düşməsə, palpasiya zamanı iki və ya bir neçə irinləmə sahəsi müəyyən edilərsə bu sahələr yarılaraq vəzilər irindən təmizlənir və üzərindən sarğı qoyulur.
Mastitlərin profilaktikası süd vəzilərinin təmiz saxlanması, vaxtında və düzgün sağılması və çatların qarşısı alınmasından ibarətdir. Məmələrdə cüzi çatlar olduqda müalicə üçün steril balıq yağı tətbiq edilir. Məməni balıq yağı ilə yağladıqdan sonra üstünü pambıqla örtürlər. Balıq yağını kalendula məlhəmi və brilyant abısı ilə əvəz etmək olar.
Məmələrin əmizdirməyə hazırlanması. Uşağı əmizdirməmişdən əvvəl məmədən bir neçə damcı süd sağıb məməni pambıqla silirlər. Uşağı əmizdirdikdən sonra məməni vazelin yağı və ya qaynanmış günəbaxan yağı hopdurulmuş tənzif parçası ilə örtərək döşlük taxırlar.
Döşdən südü təmiz yuyulmuş əllərlə, süd vəziləri bərk olduqda isə Djatlovun südsorucusu ilə sağmaq olar. Bu südsorucu ən steril bir şəraitdə döş südü alınmasını təmin edir. Mastitlə xəstələnmiş qadınların südünü ayrıca toplayırlar, çünki uşaqları bel südlə bəsləmək olmaz. Həmçinin mənfi rezuslu qadınların südü ayrıca toplanır, çünki həmin südü qadınların uşaqlarına içirtmək olmaz, lakin başqa uşaqlara vermək olar.
Doğan qadınların altının yuyulması. Doğan qadınların xarici cinsiyyət üzvlərinin tualeti, yəni altının yuyulması birinci 3 sutka ərzində 3 dəfə, sonralar isə gündə 2 dəfə keçirilir. Tualetə başlamamış temperaturu ölçmək və nəbzi saymaq, beləliklə doğan qadının xəstə olub-olmamasını müəyyən etmək lazımdır. Xəstələnmiş qadınların tualetini (altının yuyulması) sağlamların tualetindən sonra keçirilir. Doğan qadın tualetə başlamamış siyiməli və qarnı təmizlənməlidir.
Xarici cinsiyyət üzvlərinin və bədənin bu üzvləri əhatə edən və hissələrinin yuyulması üçün zəif dezinfeksiyaedici məhlullar: kalium permanqanat (1:4000); furasilin (1:5000) 2 %-li lizol, 0,25 %-li xloramin işlədilir. Xarici cinsiyyət üzvləri və budların daxili səthləri qıcıqlanmış olduqda çobanyastığı gülü (romaşka) dəmləməsi (1 xörək qaşığı quru çobanyastığı gülü 200 ml qaynar suda pörtülüb süzülməli və buna 1 l - ə qədər qaynar su əlavə edilməlidir) yaxşı təsir göstərir.
Doğan qadının tualeti (altının yuyulub təmizlənməsi) belə keçirilir: mamaça və ya palata bacısı əllərinin yuyub steril rezin əlcək geyir. Çarxlı mizə steril örtük sərdikdən sonra üzərinə 10 - 15-ə qədər qaynadılmış tutqac və ya uzun sıxac qoyurlar. Qaynadılıb təmizlənmiş və kürəşəkilli pambıq topacıqları, bir dəstə steril döşənək və müşəmbələr (kleyonkalar), bir neçə qaynadılmış pinset, sterilləşdirilmiş pambıqlı taxta çöplər və dezinfeksiyaedici məhlul küpəsi qoyulmuş qutunu da bu miz üzərində yerləşdirirlər. Sanitarka (xəstə baxıcısı) çirkli döşəkcəni dəyişərək üzərinə ləyəni qoyur. Mamaça steril tutqacla götürdüyü pambıq yumrusu ilə, arasıkəsilmədən məhlul axını altında qadının cinsiyyət üzvlərinin və onu əhatə edən dəri sahələrini yuyaraq, quruyub yapışmış qanlı ifrazatdan (loxiyadan) diqqətlə və ehtiyatla təmizləyir. Təmizlik işləri uşaqlıq yolu girişindən yanlara, yuxarıdan aşağıya doğru aparılır. Sonra budları və sağrıları və axırda aralığı yuyurlar. Cinsiyyət dodaqlarını açmaq olmaz, həm də az-çox sürtünməyə yol verməmək və aralığın sağalmaqda olan qırılmış, çatlanmış və sıyrılmış yerlərini zədələməmək, yaranın qabığını qoparmamaq üçün çox ehtiyatlı olmaq lazımdır. Cinsiyyət üzvlərini yuduqdan sonra quru pambıq və ya tənzif salfetka ilə qurutmaq lazımdır. Aralığın tikişlərinə, xaricdən görünən çatlamış yerlərə və selikli qişa sıyrıntılarına sutkada bir dəfə yod tinkturu sürtürlər. Tualet qurtardıqdan sonra sanitarka ləyəni götürüb, mamaça (və ya palata bacısı) isə qadının altına steril ağla örtülmüş steril müşəmbə sərir. Doğan qadının xarici cinsiyyət üzvləri və budlarını qıcıqlandıran çoxlu ifrazat olduqda gündə 1 - 2 dəfə əlavə təmizləmə keçirilməlidir.
Xarici cinsiyyət üzvlərinin ödemi baş verdikdə onu iki-üç qat steril tənzif və ya parça ilə örtüb üzərindən buz doldurulmuş qovuq qoyurlar.
Tromboflebit. Doğumdan sonra əmələ gələn tromboflebitlər vena divarının iltihabı və bunun ardınca əmələ gələn tromvenanın mənfəzini tutur və qan dövranını pozur. Aşağı ətrafların tromboflebiti doğumdan sonrakı 1 - 18-ci gündən inkişaf edir. Baldır venaları zədələndikdə baldır əzələlərində ağrılar, nəbz döyünməsinin artması, temperaturun azca yüksəlməsi müşahidə olunur.
Dərində yerləşmiş bud venalarına zədələnməsində (bud tromboflebiti) bədənin temperaturu 39,5° - 40° C-yə qədər yüksəlir. Bu vəziyyət tez-tez təkrarlanan üşütmələrlə müşayiət olunur. Xəstəliyin başlanmasını üçüncü günü baş verən ödemin inkişafı zədələnmiş ətrafda 1 - 3-cü gün baldır və ayağın aşağı sahəsinin üçdə birində çətin seçildiyi halda bütün aşağı ətrafı, xarici cinsiyyət üzvlərini, sağrıları, hətta gövdənin aşağı yarısını əhatə edən geniş sahədə inkişaf edir. Əksər hallarda qanın artıq dərəcədə laxtalanması qeyd edilir. Doğumdan sonrakı dövrdə tromboflebitin ən dəhşətli mürəkkəbləşmə nəticəsi ağciyər arteriyasını emboliyasıdır.
Palataların doğumdan sonrakı xəstələrlə dolmasının dövriliyi. Bir palatada eyni bir gün və ya iki gün ərzində doğmuş qadınların yerləşdirilməsi - çox əlverişlidir. Bu, doğan qadınların tualetinin keçirilməsini yüngülləşdirir. Palatadakı bütün qadınları eyni zamanda buraxıb palatanı sanitar əməliyyatı (təmizləmə) üçün boşaltmağa imkan verir. Bu halda hər 5-7gündən bir palatanın havasını dəyişmək, təmizləmək və burada dezinfeksiya aparmaq mümkün olur.


Tarix: 26.11.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 338 Bölmə: Ginekoloq Meslehetleri
loading...