Qadın orqanizmi üçün kəsmik...
Kəsmik dietik məhsul sayılıb, yalnız kulinariyada deyil, həmçinin tibb və kosmetologiyada
da geniş istifadə olunur.
Ən əsası isə bu məhsulun hər yaş dövründə qadınlar üçün əzəvəolunmaz olmasıdır.
Onun xeyirli cəhətləri bunlardır
Araşdırmaların nəticələrinə görə, qadınlar üçün bu məhsul digər məhsullardan
qat-qat xeyirlidir. O,sümük, dırnaq və saçların möhkəmliyi və inkişafı üçün lazımlı
olan kalsi elementi ilə zəngindir. Qızlar üçün böyümə periodunda, qadınlar üçün
hamiləlik və laktasiya, yaşlı xanımlar üçün isə klimaksa dövründə çox lazımlıdır.
Bundan əlavə isə bu məhsulun tərkibində dəmir, natrit, fosfor, manqat kimi elementlər
və A, E, P, B2, B6, B12 vitaminlərinin olması, onun yaxşı həzm edilməsi və həmçinin
sinir sistemi, ürək və damarlara müsbət təsir göstərməsi deməkdir.
Həmçinin Avropada aparıcı biokimyaçısı Coan Badviqin məlumatına əsasən,
bu məhsul xərçəng şişlərinin müalicəsində də istifadə olunur.
Ən xoş məqam isə bu məhsulun dietik olmasıdır. Az yağlılıq dərəcəsi olan kəsmik
yeməklə, gözəl bədən quruluşunu qorumaq olar.
Tarix: 22.11.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Ginekoloq Meslehetleri