Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonsuzluq haqqında

1 il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.Sonsuzluğa yol aça biləcək bir çox psixoloji ve fiziki səbəblər var.Sonsuzluq problemi olan partnyorların təxminən 85-90% ında hər hansısa bir səbəb ortaya qoyula bilir.Uyğun müalicə ilə daha əvvəl heç hamilə qalmayanlarda 50-60% ında hamiləlik meydana gəlməkdədir.Heç müalicə olunmayanların isə 15-20% ı hamilə qala bilməkdədir.

Sonsuzluq ümumi olaraq iki yerə bölünür:
(1)Birincil Sonsuzluq :daha əvvəl hamilə qalmayamlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması
(2)İkincil Sonsuzluq: daha hamilə qalanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması

Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır.Kişi sonsuzluğuna səbəb ola bilən faktorlar: retrograd ejakülasiya (spermanın geri qayıtması), impotensiya, hormon çatışmazlığı,ətraf mühitin zərərli faktorları,cinsi yolla yoluxan xəstəliklər,qulaqdibi(svinka),sperm sayısında azalma,varikosel,Marixuana, simetidin, spironolakton, nitrofurantoin kimi maddə ve dərmanlarlar vəs.kişilərdə sonsuzluğa səbəb ola bilər.

Qadınlarda sonsuzluğa səbəb ola bilən faktorlar:cinsi yolla yoluxan xəstəliklər,endometriozis, ovulyasiya anormallıqları,yetəri qədər qidalanmama ,hormonal anormallıqlar,dietil-stil bestrol(dərman adıdır)istifadə etmək,yumurtalıq kistləri, pelvik(çanaq boşluğu) infeksiyaları,şişlər vəs.Sonsuzluqların 40-50% i qadınlardan qaynaqlanmaqdadır.

Təxminən 10-30% hallarda problem həm qadından həm kişidən qaynaqlana vəya hər hansi bir səbəb tapılmaya bilər.
Hamilə qalmaq üçün ən az bir il cəhd edilməli olduğu unudulmamalıdır.Bir qadın üçün ən yüksək doğurqanlıq yaşı 20 li yaşların ilk illəridir. 30 yaşdan sonra (xüsusilə də 35 yaşdan sonra) hamilə qalma ehtimalı olduqca azalır.
Bütün bunlara əlavə olaraq,sonsuzluq riski aşağıdakı hallarda artar:

Qorunma(kontrasepsiya)

Sonsuzluq çox vaxt cinsi yolla yoluxan xəstəliklarə bağlı olduğundan,ancaq etibarlı cinsi əlaqələrə girmək sonsuzluq riskini azaltmaqda effektli yoldur.Xüsusən də Gonorreya və xlamidiya,bu infeksiyalar içində sonsuzluğun ən çox səbəbidir. Bu infeksiyalar ilərləyərək salpinjit(uşaqlıq borularının iltihabı) vəya pelvik inflamatuar xəstəliyə səbəb ola bilər.Bu xəstəliklər isə uşaqlıq borularında yapışıqlığa səbəb olaraq əvvəlcə reproduktiv qabiliyyəti azaldır,sonra sonsuzluğa ve daha sonra yalançı hamiləliyə (ektopik hamiləlik)səbəb olurlar.

Bəzi kontrasepsiya metodlarının da sonsuzluq meydana gətirmə riski digərlərindən çoxdur. məsələn:spiral.Spiral daha əvvəl hamilə qala bilməyən qadınlara tövsiyyə edilməməlidir.

Simptomlar
- hamilə qalmama
- və buna bağlı ortaya çıxan psixolojik şikayətlər

Sonsuzluğun diaqnozu

Partnyorların birlikdə muayinəsi əsas prinsipdir.Diaqnoz məqsədilə aşağıdakı analizlərdən istifadə edilə bilər:
- çanaq muayinəsi
- spermogram: 2-3 günlük cinsi əlaqədən sonra sperm toplanır və sayısı, hərəkətliliyi və şəkilləri incələnir.
- bazal tempratura ölçümü: her səhər yataqdan qalxmadan əvvəl qadının beden temperaturu ölçülür, 0.5-1.0 dərərcə yüksəlmə ovulyasiya olduğunu düşündürür.
- mensturasiya zamanı servikal mayenin analiz edilməsi:mayedə qatılaşma ovulyasiyanı düşündürür.
- post-koital test (cinsi əlaqə sonrası test):Cinsi əlaqədən 2-8 saat sonra qadından servikal maye nümunəsi alınaraq baxılır.
- qanda progesteron hormonu ölçülməsi
- endometrial (uşaqlığın iç divarından) biopsiya
- kişilərdə testis biyopsiyası (nadirən lazım olur)
- sidikdə luteinizə edici hormon (LH) ölçülməsi: ovulyasiya zamanını təxmin etmək və buna uyğun vaxtda cinsi əlaqəyə girmək üçün işlədilir.
- qanda hormonal analizlər (hər iki partnyorda)
- histerosalpingografiya (HSG)
- çanaq boşluğunu görmək üçün laparoskopiya (qarın boşluğunun əmeliyyatla açılaraq incələnməsi)

Müalicə
Səbəbə bağlı olaraq çox fərqli müalicə üsulları tətbiq oluna bilər. Bəsit bir məlumatlandırmadan dərman müalicəsi və in vitro fertilizasiya(süni mayalanma) adı verilən olduqca mürəkkəb metodlara qədər fərqli müaləcə üsulları mümkündür.


Tarix: 26.11.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Ginekoloq Meslehetleri
loading...