Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd vəzisində ağrılar

Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı tsikli ilə əlaqəsi yoxdur. Hər 10 qadından 7-sində həyatlarının müəyyən dövründə döş ağrıları qeyd edilir. Hər 3 haldan 2-si aybaşı tsikli ilə bağlı olur, 1-nin isə tsikllə heç bir əlaqəsi olmur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir və 30-50 yaş arasında olan qadınlarda daha çox rast gəlinir. Menopauza dövründə olan qadınlarda isə bu tip döş ağrıları qeyd edilmir.
+
Aybaşı tsikli ilə bağlı olan ağrılar qadınların çoxunda mülayim keçir. Amma bəzilərində isə aybaşına 1-2 həftə qalmış başlayır və kəskin olur. Aybaşına 3-5 gün qalmış ağrılar daha dözülməz olur. Period başlayan kimi ağrılar səngiyir. Ağrılar adətən hər iki döşdə qeyd edilir. Ağrılarla paralel döşlərdə böyümə və gərginlikdə qeyd edilir.

Aybaşı tsikli ilə bağlı olan ağrıların səbəbi bəzi qadınlarda süd vəzilərinin hormonal dəyişikliklərə çox həssas olmasıdır. Bu hal patoloji olmasa da qadınların həyat keyfiyyətini azalda bilən faktordur.

Aybaşı tsikli ilə bağlı olamayan ağrılar adətən qadınlarda 40 yaşından sonra meydana çıxır və davamlı xarakter daşıyır. Bəzi hallarda ağrılarda fasilələr ola bilir. Ağrılar bir və ya hər iki döşdə qeyd edilə bilər. Ağrıların səbəbləri aşağıdakılar ola bilər:
- Döş toxumasının özündən qaynaqlanan ağrılar. Heç bir törəmə və zədələnmənin olmadığı döşdə bu ağrıların səbəbi tam bəlli deyil.
- Süd vəzinin altında olan əzələ və ya sümük zədələnməsi.
- İnfeksiya
- Süd vəzinin xərçəngi
- Süd vəzinin xoş xassəli şişləri


Həkimə nə zaman müraciət etməli?

Aybaşı tsikli ilə bağlı olan ağrılar əksər hallarda mülayim keçir və bu ağrılar səbəbindən həkimə müraciət etməyə də bilərsiniz. Hər 10 qadından 3-ündə ağrılar 3-6 aydan sonra təkrarlanmır. Amma bu qadınların bəzilərində ağrılar bir müddətdən sonra təkrarlana bilər. Beləliklə, aybaşı ilə bağlı olan ağrılar gəlib-gedən tipli olur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar kəskin olarsa həkimizdən tövsiyyələr ala bilərsiniz. Belə tövsiyyələrdən bəzilərini aşağıda qeyd edirik:
- Süd vəzilərinə dayağın artırılması. Bunun üçün süd vəzilərini yaxşıca sıxa biləcək liftçik geyinmək tövsiyyə olunur. Bəzi qadınlar hesab edirlər ki, aybaşından bir həftə öncə 24 saat ərzində kip liftçiyin geyinilməsi ağrıların səngiməsinə kömək edir.
- Ağrı kəsicilərin istifadəsi. Paracetamol və iboprofen istifadəsi ağrıların azalmasına kömək edir.
- Kaffein qəbulunun azaldılması. Bəzi qadınlar kaffeinin istifadəsinin ağrıları kəskinləşdirməsi qənaətindədirlər.
- Kontraseptivlərin və ya hormonal dərmanların istifadəsi ağrıları artıra bilər.
- Hormonları blok edən dərmanların qəbulu ağrıları azalda bilər. Bunlara danazol, bromocriptine, tamoxifen, goserelin kimi dərmanlar aid edilə bilər.

Aybaşı tsikli ilə bağlı olmayan ağrılar zamanı təxirəsalınmadan həkimə müraciət etməlisiniz. Çünki bu ağrıların əsasında çox ciddi səbəblər dura bilər. Həkiminiz bu səbəbləri müəyyən edəndən sonra uyğun müalicə taktikası müəyyən edəcəkdir.


Tarix: 20.11.2012 / 05:47 Müəllif: [Ram] Baxılıb: 1696 Bölmə: Ginekoloq Meslehetleri
loading...