Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan quberniyası

İrəvan quberniyası - Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Paytaxtı İrəvan şəhəri.

Mündəricat
1 Quberniyanın tarixi
2 İrəvan quberniyasına daxil olan qəzalar:
2.1 İnzibati bölgüsü
3 Əhalisi
3.1 1897 ci il üzrə milli tərkib[3]
4 İqtisadiyyatı
5 Məktəbləri
6 İstinadlar


Quberniyanın tarixi

Qafqaz regionunun baş xəritəsi, 1858-ci il

Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

İrəvanın vitese qubernatoru öz həyat yoldaşı ilə

1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı[1]. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı.20 Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Hovobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox idi. Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi, Dərələyəz üçün Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri kəndlərdə (Qəmərli, Qazıqışlaq, Zeyvə və b.) idi.

İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüdudları və tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il dekabrın 9-da Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi ilədək mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun yerinə Eçmiədzin qəzası təşkil edildi. Muğru sahəsi isə yeni yaradılmış Yelizavetpol quberniyasına birləşdirildi. İrəvan quberniyası yenə də beş qəzadan (İrəvan, Aleksadropol, Hovobayazet, Naxçıvan, Eçmiədzin) ibarət oldu. Fərman İrəvan quberniyasının qəzaları arasında sərhədlərin dəyişdirilməsi işini canişinə həvalə etdi. Canişin bu hüquqdan istifadə edərək 1870-ci ilin əvvəllərində qəzaların hüdudlarında dəyişiklik etdi. Sürməli və Eçmiədzin qəzalarının bir hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından aralanaraq Naxçıvan qəzasına birləşdirildi. Lakin İrəvan quberniyasının qəzalarında, xüsusən Naxçıvan qəzasında ərazinin dəyişdirilməsi bununla başa çatmadı. Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da Rusiya imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı dəyişiklər, əsasən, başa çatmışdı.

İrəvan quberniyasına daxil olan qəzalar:

İkinci mərhələ həm də Erməni vilayətinin ləğvi və yeni inzibati ərazi sisteminin təşkili ilə başlanan dövrdür. 1840-cı ildə Erməni vilayəti ləğv olunmuş, 1849-cu il 19 iyun tarixli dekretlə Irəvan quberniyası, quberniya tərkibində isə mahallar əvəzinə qəzalar təşkil edilmişdir. Bu tədbirlərdə məqsəd idarəçilik üsulunu təkmilləşdirməklə yanaşı, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayan ərazilərlə birləşdirib birincilərin təsir dairəsini azaltmaq, idarə aparatında ikincilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini yavaş-yavaş erməniləşdirmək olmuşdur. İrəvan quberniyası tərkibində aşağıda göstərilən qəzalar təşkil olunmuşdur: 1. Aleksandropol qəzası - buraya sonralar Axuryan-Artik, Ani, Qukasyan, Qugark, Spitak adlandırılmış rayonların əraziləri;

Naxçıvan qəzası - müasir Naxçivan MR ərazisi; Nor-Bayazet qəzası - buraya sonralar Hraz­dan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndlərin, habelə Krasnoselsk rayonunun Göyçə gölü ətrafı əraziləri; Sürməli qəzası - Araz çayının sağ sahili (hal-hazırda Türkiyə ərazisidir); Şərur-Dərələyəz qəzası - buraya sonralar Yeğeqnadzor və Əzizbəyov adlandırılmış rayonların əraziləri, habelə Naxçıvan MR Sədərək rayonunun kəndləri; İrəvan qəzası - buraya sonralar Artaşat, Ararat, Masis, Kotayk adlandırılmış rayonlarının əraziləri (Masis və Kotaykın bir hissəsı); Eçmiadzin qəzası - buraya Eçmiadzin, sonralar Masis, Hoktemberyan, Abaran, Əştərək, Talin, Araqadz adlandırılmış rayonların əraziləri daxil idi. Qəzaların tərkibinin müasir rayonlarla müqayisəli şəkilda verilməsində məgsəd azərbaycanlı əhalinin o zaman bölgələrdə geniş miqyasda yerləşməsi barədə oxucuda təsəvvür yaratmaqdır. Söhbət əsasən Sovet Ermənistanının əksər hissəsini təşkil etmiş Aleksandropol, Nor-Bayazet, Şərur-Dərələyəz, İrəvan, Eçmiadzin qəzalarında yaşamış azərbaycanlıların sayı barədə gedəcəkdir. Çünki Sürməli və Naxçıvan qəzaları, Şərur bölgələri Sovet Ermənistanının tərkibində olmamışdır. 2-ci cədvəldə 1886-cı ildən 1917-ci ilədək İrəvan quberniyasının 5 qzasında əhalinin yerləşməsi, sayı, demografık dəyişiklikləri haqqında məlumat verilir. Şəhərlərin əhalisi müvafıq qəzaların əhalisi tərkibündə göstərilmişdir. 1877-78-ci illərin rus-türk müharibəsində Rusiyanın qələbəsi, Türkiyənin bir sıra vilayətlərinin Rusiyaya birləşdirilməsi İrəvan quberniyasında, habelə Zaqafqaziyanın bir sıra bölgəsində ermənilərin yerləşdirilməsi kütləvi xarakter aldı. İrəvan quberniyasında ermənilərin xüsusi çəkisi xeyli artmağa başladı. Bu müharibədə ermənilərin fəal iştirakı Rusiyanın qələbə­sində mühüm rol oynadı. Ermənilər də rus qoşunlarının qələbəsinə çox böyük ümid bəsləyir, belə hesab edirdilər ki, rus qoşunlarinın qələbəsi nəticəsində Türkiyə ərazisinin ermənilər yaşayan bəzi əyalətləri Rusiyanın əlinə kəçəcək, bununla da "Böyük Ermənistan" mifinin reallaşması üçün şərait yaranacaqdır.

Onlar bu məqsədə çatmaq üçün hər vəchlə rus qoşunlarına yardım edirdilər. Belə ki, Tiflisdə, Yelizavetpolda, İrəvanda, hətta Bakıda, ermənilər yaşayan bölgələrdə nümayişlər keçirilir, "türk boyunduruğu" altında guya inliyən erməniləri "azad etmək üçün" könüllülər toplayıb rus goşunlarına yardım etməyə çağırırdılar.





İrəvan quberniyasının zadəganları
Naxçıvan qəzası
Hovobayazet qəzası
Şərur-Dərələyəz qəzası
Ordubad qəzası

İnzibati bölgüsü№QəzaQəza mərkəziSahəsi,
versta²Əhalisi[2]
(1897), nəfər
1Aleksandropol qəzasıAleksandropol (30 616 чел.)3 303,7165 503
2Naxçıvan qəzasıNaxçıvan (8 790 чел.)3 858,8100 771
3Yeni Bəyazid qəzasıYeni Bəyazid (8 486 чел.)4 156,8122 573
4Sürməli qəzasık. İğdır (4 680 чел.)3 241,089 055
5Şərur-Dərələyəz qəzasık. Şərur (867 чел.)2 611,876 538
6İrəvan qəzasıİrəvan (29 006 чел.)2 664,2150 879
7Eçmiədzin qəzasıVaqarşapat (5 267 чел.)3 390,1124 237


Əhalisi

1917-ci ilin statistikasına görə keçmiş İrəvan quberniyası əhalisinin 38 faizini müsəlmanlar, 60 faizini ermənilər təşkil edirdi: Şərur-Dərələ­yəz mahalında ümumi əhalinin 66.7 faizi, Sürməlidə 63.6 faizi, Naxçıvanda 59 faizi müsəlmanlar idi. İrəvan şəhərinin özünün əhalisi 43.4 faiz müsəlmanlardan ibarət idi.

1897 ci il üzrə milli tərkib[3]

(ana dili üzrə)Qəzalarermənilərazərbaycanlılarkürdlərruslarassuriyalılar
Aleksandropol qəzası85,5 %4,7 %3,0 %3,4 %…
Naxçıvan qəzası34,4 %63,7 %………
Yeni Bəyazid qəzası66,3 %28,3 %2,4 %2,2 %…
Sürməli qəzası30,4 %46,5 %21,4 %……
Şərur-Dərələyəz qəzası27,1 %67,4 %4,9 %……
İrəvan qəzası38,5 %51,4 %5,4 %2,0 %1,5 %
Eçmiədzin qəzası62,4 %29,0 %7,8 %……
Cəmi quberniya üzrə53,2 %37,8 %6,0 %1,6 %…


İqtisadiyyatı

Məktəbləri

İrəvanda ilk qəza məktəbini 172 il öncə, 1836-cı ildə Mirzə Molla Məhəmməd oğlu yaradıb. 1881-ci ildə İrəvan quberniyasında üç təhsil ocağı - İrəvan Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və Uluxanlı kənd məktəbi açılmışdır. Bundan bir il əvvəl İrəvanda ibtidai məktəb, iki il sonra isə Böyük Vedidə yeni tipli məktəb fəaliyyətə başlamışdır. Qori Müəllimlər Seminariyasını bitirmiş Cəlil Məmmədquluzadə ilk dərsini Uluxanlı məktəbində demişdir. Firudin bəy Köçərli 1885-ci ilin iyun ayında İrəvan Gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunmuş, düz on il burada çalışmışdır. Əməkdar elm xadimi, yazıçı Əziz Şərifin xatirələrindən bilirik ki, azərbaycanlı uşaqlar gimnaziyaya daxil olmaq üçün əvvəlcə hazırlıq mərhələsindən keçməliydilər və bu məqsədlə iki pansionun xidmətindən istifadə edilirdi. Atası onu ikinci pansiona qoymuşdu. Həmin il Mustafa bəy Topçubaşov və qardaşı Mehdi bəy Topçubaşov da pansionda oxuyublar. Müəllimlər Seminariyasının nəzdində hazırlıq şöbəsi kimi ibtidai sinif fəaliyyət göstərirdi. Burada azərbaycanlılar, ermənilər, ruslar, gürcülər, ukraynalılar və digər millətlərin nümayəndələri təhsil alırdılar. Onlara riyaziyyat, həndəsə, astronomiya, tarix, coğrafiya, rus dili, biologiya fənləri öyrədilirdi. Filologiya elmləri namizədi, İrəvan tarixinin tədqiqatçısı Əsgər Zeynalov Firudin bəy Köçərlinin İrəvanı "əhli üləma və şüəra şəhəri" kimi qiymətləndirdiyini vurğulayaraq yazır: "İstər İrəvan Gimnaziyasında, istər İrəvan Müəllimlər Seminariyasında təhsil o dərəcədə yüksək idi ki, onların məzunları Rusiyanın, eləcə də Avropanın ən güclü ali məktəblərində lazımi səviyyədə təhsillərini davam etdirə bilirdilər. Məsələn, İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdixan Yerevanski, məşhur hüquqşünas alim Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində təhsillərini davam etdirmişdilər... Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov da ilk təhsillərini İrəvan Gimnaziyasında almışlar". İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının fəaliyyətinə 1919-cu ildə ermənilər son qoydular.


Tarix: 05.03.2013 / 13:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 737 Bölmə: Dunya ve tarixi
loading...