Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kommod

Kommod (lat. Commodus; 31 avqust 161, Lanuvi - 31 dekabr 192, Roma) — eramızın 180-192-ci illərində Roma imperatoru.Mündəricat
1 Adı
2 Həyatı
2.1 Uşaqlığı və gəncliyi
2.2 İmperatorluğu
2.3 Əxlaqsız həyat tərzi
2.4 Ölümü
3 Nerva-Antonin sülaləsinin zaman xətti
4 Mənbə


Adı

Lusi Avreli Kommod (Lucius Aurelius Commodus) adı altında dünyaya gəlmişdir. 180-ci ilin martında hakimiyyətə gəldikdən sonra özünü Antonin adlandırmış, həmin ilin oktyabr ayından atasının adını (Mark Avreli) ad önlüyü (lat. praenomen) kimi qəbul etmişdir. Belə ki, tam adı - Mark Avreli Kommod Antonin (Marcus Aurelius Commodus Antoninus) olmuşdur. Sonradan hakimiyyəti dövründə çaldığı qələbələri adına əlavə etmişdir - 172-ci ildə Germanikus, 175-ci ildə atası ilə bərabər Sarmatikus, 182-ci ildə Böyük Germanikus (Germanicus Maximus), 183-cü ildə Piy, 184-cü ildə Britannikus, 185-ci ildə Feliks. 191-ci ildə atasının adından imtina edərək əvəzinə Aeli adını əlavə etmişdir. Sonuncu adı Sezar Lusi Aeli Avreli Kommod Avqust Piy Feliks (lat. Caesar Lucius Aelius Aurelius Commodus Augustus Pius Felix) olmuşdur.

Həyatı

Uşaqlığı və gəncliyi

Kommod erkən ölmüş əkiz qardaşı ilə imperator Mark Avreli və Gənc Faustinanın nigahından dünyaya gəlmişdir. O doğularkən atası hələ yenicə imperator taxtına oturmuşdu. Beş yaşında ikən kiçik qardaşı Anni Ver (lat. Annius Verus) ilə birlikdə sezar titulu alaraq Mark Avrelinin varislərinə çevrilirlər. Gəncliyinin bir hissəsini atası ilə birlikdə Markoman müharibəsində keçirir. 175-ci ildə imperiyanın şərqində uzurpator (lat. usurpatio; hakimiyyəti qanunsuz ələ keçirən) Avidi Kassinin (lat. Avidius Cassius) itaətsizliyinə qarşı yürüşdə atasını müşayiət etmişdir.

İmperatorluğu

Avidi Kassi üzərində qələbədən sonra idarəçilikdə daha sərbəstləşərək özünü qətiyyətli varis kimi aparır. Noyabr 176-cı ildə ilk dəfə olaraq imperatorluğa Akklamasiya (alqışlama) edilmişdir. Bir qədər sonra atası ilə birlikdə Zəfər yürüşündə iştirak etmək və 177-ci ilin yayında formal olaraq atası ilə bərabər imperatorluq hüququ almışdır. Bu əsasla da hərbi təcrübə toplamaq məqsədi ilə Avqust titulu altında avqust 178-ci ildə germanlara qarşı yürüşə başlayır.

17 mart 180-ci ildə atası Mark Avreli Dunay çayı sahilindəki hərbi düşərgədə taundan vəfat etdikdən sonra təkbaşına imperator qalan Kommod germanlarla tələsik sülh bağlayaraq Romaya dönür və 22 oktyabr 180-ci ildə yenidən zəfər yürüşü keçirir.

Ekspansionist siyasətindən imtina etsə də əyalətlərdə baş qaldıran üsyanları qoşunun köməyi ilə qəddarcasına yatırtmış və Afrika donanmasını yaratmışdır. Populist tədbirlər xalq içində onu əvvəlcə sevimli etsə də sonralar aydın olur ki, "Beş yaxşı imperator" dövrü sona yetmişdir.

Əxlaqsız həyat tərzi

Hərəmxanasında yüzlərcə qadın və azyaşlı oğlan uşaqları saxlatdırarmış. Müasirlərinin sözlərinə görə əxlaqsızlığın bütün üsullarından həzz almağı xoşlayarmış. Qadın paltarı geymək, "həkim" kimi canlı insanın üzərində cərrahiyyə əməliyyatı aparmaq kimi hərəkətlər, qladiator kimi çıxış etmək (hərçənd, azad vətəndaşların qladiator kimi çıxışlarına şərəfsizlik kimi baxılsa da) onun ehtiraslarındandır. Qladiator kimi 735 döyüş keçirmişdir.

Senatdan onu Mark Avrelinin oğlu kimi deyil Yupiterin oğlu Herakl kimi qələmə verməyi tələb etmişdir. Onun göstərişi ilə aylardan Avqust Kommod, Sentyabr Herakl, Oktyabr Məğlubedilməz kimi və Roma isə "Feliks Komodun koloniyası" (lat. Colonia felix Commodiana) adlandırılmışdir.

Ölümü

1 yanvar 193-cü ildə konsul kimi hakimiyyətə başlamasını qeyd etmək ərəfəsində Proteriyanın yeni valisi - Kvint Emili Let, imperatorun məşuqəsi - Konkubinat Marsiya və saray kargüzarı Eklekt tərəfindən hazırlanmış sui-qəsd nəticəsində oldürülmüşdür.

Senat və xalq cəsədinin Tiber çayına atılmasını tələb etsə də prefekt Pertinaks buna yol verməmiş, onu gizlin Adrian məqbərəsində indiki Müqəddəs Ancelo qəsrində dəfn etdirmişdir.

Ölümündən sonra senat xatirədən silmək (lat. Damnatio memoriae) elan edərək Roma şəhərinin adını özünə qaytarmışdır.

Sonralar imperator təsdiqlənən Lusi Septimi Sever (lat. Lucius Septimius Severus) senatın acığına və Mark Avreli ailəsindən dəstək almaq üçün Kommodu allahlara aid edərək onun ad gününün qeyd edilməsi üçün qərar verir.


Tarix: 05.03.2013 / 13:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Dunya ve tarixi
loading...