Bəşəriyyət yaranandan ta bu günə kimi (alimlərin hesablamalarına görə) Yer üzünə 400 milyarda qədər insan gəlib-gedib. Acı da olsa deməliyik - bu bir faktdır ki, həyat insana verildiyi kimi yaşamaq istəmir. İnsan həyatdan çox şey umur, çox şeyə nail olmaq istəyir. Bu isə axırda gətirib savaşa - müharibələrə gətirib çıxarır. Müharibələr... müharibələr... İnsan qanından doymayan müharibələr...
müharibə; general səmimidirmi?Dünyada - dünya tarixində 14 500 müharibə olub. Bu müharibələrin ən uzunu İngiltərə ilə Fransa arasında gedən 100 illik müharibə hesab olunur. Nə az nə çox 115 il (1338-1453). 1900-cu ildən 1980-cı ilə qədər 40 müharibə olub, 100 milyondan çox adam ölüb. Dünyada 2000 xalq, 3000 dil var. XVII əsr Fransız maarifçisi J.J. Russo demişdir : "İnsan azad doğulur, lakin bununla belə o, hər yerdə ayağı buxovludur". Bəli, Russo düz deyir, insan azad doğulur. Lakin o, doğulandan sonra, böyüyüb dünyanı dərk eləyəndən sonra insan dünyadan, həyatdan çox şey istəyir. Bu da müharibələrə gətirib çıxarır. Elə bu gün ölkəmizin - Azərbaycanımızın da vəziyyəti tam müharibə şəraitində olmasıdır. Tarixə nəzər salaq : İllər keçdikcə dünyada baş verən bir çox gizli məqamlar aşkarlandı, zaman-zaman xəlvətdə xəta xislətli siyasətlər öz məcrasından çıxmağa başladı. Artıq Yeni Dünya Dənizində kimin arxasında kimin durduğu, kimlərin fitvası ilə işlər gördüyü gün kimi aydınlaşdı.
Elə o səbəbdən Azərbaycanın başına ermənilər tərəfindən gətirilən müsibətlərin sayı-hesabı yoxdur. Son dəfə Qarabağ savaşı altında zorən Ermənistan ilə cəlb olunduğumuz müharibədən iyirmi ildən çox vaxt keçib. Siyasətçilərin, diplomatların gərgin səyi nəticəsində yekunda ortada həlli görünməyən bu uğursuzluqları yalnız ermənilərin axmaq siyasəti, yəni uydurduqları boşboğazlığın ayağına yazmaqdan başqa çıxış yolu qalmır.
Yunan coğrafiyaşünası Strabonun tarixi gündəliyinə edilən düzəlişlərdən, zorla beynəlxalq səviyyədə Azərbaycan ərazisində Alban xalqının tarixi mövcudluğundan, onların qalığı kimi Alban kilsələrinin hələ də qorunub saxlanmasından, Cavanşir kimi əsli, nəsli azəri olan bir cəngavərə - Varan Qriqor, Cəsur Vardan, Şəki xanı Hacı Çələbi kimi biliciyə - Qara Keşiş və sairə məşhur, tanınmış xadimlərə yapışdırılmış yamaqlara qədər hər şeydə ermənilərin barmağı olmuşdur. Odur ki, Azərbaycan tarixçiləri həqiqətləri üzə çıxartmaqda çətinlik çəkirlər. Həqiqətlər üzə çıxmadıqda isə heç kim Azərbaycanın səsini eşitməz və eşitməyəcək.
Ortada olan bir reallıq da ondan ibarətdir ki, Yeni Dünya Dənizində təklənmiş Azərbaycanın yanında Türkiyə Cümhuriyyətindən başqa kimsə yoxdur. Qalanları hamısı öz maraqları naminə boğazdan yuxarı fikir ifadə edirlər. Türkiyə rəsmiləri isə yetkin siyasət yürüdə bilmədiklərindən ermənipərəst güc sahiblərinin təzyiqlərinə tuş gəlir və onların inadkarlığı da bir nəticə vermir.
Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Teyyub Ərdoğanın Ermənistanla Türkiyə arasında kifayət qədər ciddi problemlərin yaşandığı bir zamanda bu məsələlərin çözülməsindən deyil, Azərbaycanın Qarabağ probleminin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əngəl olduğunu vurğulayır. Belə olan tərzdə Ermənistan, Rusiya, İsveçrə kimi ölkələrin qəzetləri Qarabağ probleminin əngəl ola bilməyəcəyini söyləyir, Fransa, ABŞ kimi ölkələrin nəhəng söz sahibləri Türkiyə rəsmilərini Qarabağ variantı ilə Ermənistanı beynəlxalq şantaj etməkdə günahlandırır. Əlbəttə ki, bu problemlər olduqca incəliklə yanaşma tələb edir. Gərəkdir ki, Azərbaycana yaxşılıq etmək istəyən Türkiyə rəsmiləri ermənilərin uydurma "Soyqırım" və Qars torpaqlarına olan iddialarından vaz keçmələrini səsləndirsinlər. Amma, nə fayda ki, ermənilərin yerinə az qala bütün dünya fikirləşir. Dünyada iki böyük güc sahibi ola biləcək, hər cür təbii sərvətlərlə zəngin Türkiyə və Azərbaycan arasında bufer bölgədə Ermənistan adlı dövlətin yaranması da dünyanın bu iki qardaş dövlətlərin gücündən ehtiyatlanması ucbatından baş vermişdir.
Lakin, indi zaman başqadır. Qanında, canında azərbaycançılıq duyan hər bir kəs ermənilərin pis əməllərindən xəbərdar olmalı, onlara olan sonsuz nifrətini gizlətməməli və hər zaman ayıq-sayıq olmalıdır. "Yazıçı Əli bəy Azərinin Arif Qabiloğlunun "Böyük Erməni Terroru" kitabına yazdığı ön sözdən də göründüyü kimi ermənilər hər zaman azərbaycanlılara qarşı çirkin niyyətlərindən istifadə etmişlər və belə bir çirkin niyyət əksər hallarda xristian dünyası tərəfindən ya dəstəklənib, ya da laqeyidiklə qarşılanıb."
Çox təəssüflə qeyd etməliyəm ki, bu günkü dünyanın 2 yox, 5 yox, 55 üzü var. İkili standartlar demək olar ki, qurd kimi dünyanı içindən yeyir. Bəs bunun sonu necə olacaq. Bütün dövlətlər düşünür ki, kim nə etsə onu da edə bilər. Amma fransalı filosof Kamyuun çox qiymətli bir sözü var : "Sahibsiz kimi görünən bu dünya heç də mənasız deyil. Hər bir daş zərrəsi, hər bir metal qırıntısı öz-özünə bir dünyadır". Bəli, bu dünya heç də sahibsiz deyil, vaxtı gələndə dünyada hər şey nizamda olacaq.
Əziz həmvətənlərim, bizim çox bic, həddindən artıq bic Ermənistan adlanan mənfur qonşumuz var. Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20 faizədək Azərbaycan torpaqlarını işğal edib, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına alıb. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi.
1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər həlak olmuş, 1808 nəfər yaralanmışdır.
Ermənilər tərəfindən işğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün lazımi şərait yaratmışdır. Məhz bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Həmin Departamentin 2001-ci ilin martında açıqlanmış hesabatında isə işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilmiş və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrinin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılmışdır.
Erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "Dağlıq Qarabağ" hökumətinin hesabatına görə 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər olub. Halbuki 1989-cu ilin siyahıya alınmasına görə həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın Qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur.
Ermənistan prezidenti Serj SarkisyanAzərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal oluduğunu BMT təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Niyə ? Çünki, bu dünya 55 üzlüdür. İkili standartlar dünyanı uçuruma aparır. Bəs bunu dünya nə vaxt başa düşəcək ? Yaxın vaxtlarda dünyada elə bir müharibələr olacaq ki... Dünyada elə fəlakətlər baş verəcək ki... Nə qədər gec deyil dünya, insanlar, dövlətlər bunu başa düşməlidirlər !!!
Bu gün bizi müharibəyə sürükləyirlər. Son vaxtlar mətbuatda, eləcə də televiziya ekranlarından "müharibə" sözü tez-tez aşılanır, diqqətlərə çatdırılır. Sanki biz bir labirintə düşmüşük. Və bu labirintdən bircə çıxış yolu var - MÜHARİBƏ !!!
Fikir verin, son zamanlar (dılğır) Ermənistan prezidenti "Serıy" Sarkisyan dünyaya haray-həşir qaldırır ki, qoymayın Azərbaycan müharibəyə başlasın. Bu düzgün deyil. Azərbaycan müharibə edə bilməz. Bu, yolverilməzdir. Niyə ??? Niyəsi isə ondadır ki, biz güclüyük, get-gedə də hərbi və iqtisadi cəhətdən güclənirik. Və arxamızda bizə hər an dəstək verən Böyük Türkiyə var. Ermənistan qorxur ki, guya Azərbaycan müharibəyə başlasa böyük fəlakət olar. Mən niyə "guya" sözü işlətdim, ona görə ki, gəlin bir anlıq "Qarğa və Tülkü" nağılını yada salaq. Tülkü qarğanı tutur. Yemək istəyəndə, daha doğrusu öldürmək istəyəndə qarğa tülküdən xahiş edir ki, tülkü qardaş, sən canın məni öldürəndə necə istəyirsən öldür, amma bircə hündür qayadan atma. Mən hündürlükdən çox qorxuram... Tülkü isə fikirləşir ki, yox, qarğa qağa, elə səni sıldırım qayadan atıb öldürəcəyəm, sonra isə yeyəcəyəm. Tülkü belə də edir, qarğanı hündür qayadan üzü aşağı atır.. Qarğa isə uçub canını qurtarır.
Bəlkə elə, Ermənistan, eləcə də onun havadarları bizi həmin qarğa kimi birbaşa müharibəyə sürükləyirlər. İstəyirlər ki, biz müharibə edək. Demək çətindi. İkili standartlar adamın beynini artıq çürüdüb. Böyük dövlətlər o qədər iyrənc siyasət yeridirlər ki, adam dünyaya nifrət edir...
Bu gün dünya durumu sanki lap nazik bir ipin üstündədir. Hər an müharibə qığılcımı bu nazik ipi yerli-dibli kəsə bilər. Bax onda, dünyanın axırı olacaq. Dünya guya ki, 1915-ci ildə (dılğır) erməni soyqırımını tanımaq istəyir. Amma deyən yoxdur ki, ay 55 üzlü dünya, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Amma dünya bunu tanımaq yox, heç adını da çəkmək istəmir.
Müharibə... Bəli, həmvətənlərim, bizi zorla istəmədiyimiz bir müharibəyə çəkirlər. Bilirsiz, müharibə heç bir xalqa xeyir gətirməyib. Amma, həyatda belə bir kəlam var : Əgər torpaq varsa, Vətən var, torpaq yoxsa... Dünya bizə çıxış yolu qoymur. Bu anda dahi sərkərdə Babəkin bir sözü yadıma düşür : "40 il kölə yaşamaqdansa, bir gün azad yaşamaq hər şeydən üstündür".
Nə qədər ki, bizim Mübariz İbrahimov kimi oğullarımız var, deməli Vətən var, Torpaq var, Biz varıq. Düz deyiblər : torpaq uğrunda ölən varsa Vətəndir. Bu gün dövlətimiz də şəhidlərimizin qanını yerdə qoymadı. Onların mübarək bədənlərini nankor düşmənlərimizdən geri aldı və layiqincə, xalqımızla bir yerdə dəfn elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin ! Qəbirləri nurla dolsun !
Qoy dünya bilsin, Biz Türkük, bununla da fəxr edirik. Ta qədimdən bu günə kimi türklər mərd, cəsur, igid olublar. Bizim qanımızda türk qanı axır. Biz vuruşub öz əzəli torpaqlarımızı azad etməliyik. Mən də bir əsgər kimi, bir vətən oğlu kimi Ali Baş Komandanın əmrini gözləyirəm. Qədimdən Ulu Türkün simvolu Qurd olub. Bu gün həmin qurd bir az sakitləşib. Ancaq mən dılğır ermənilərə də, dünyaya da deyirəm : Ey dünya, bir gün bur qurd yerindən qalxıb "ULAYACAQ, ULAYACAQ, ULAYACAQ !!!".
Yol bağlanıb yurddan yurda,
Hər addımda dərd dolanır.
Ümid qalıbdı "Boz Qurda"-
Gör nə vaxtdır qurd ulamır...
Hər an sadiq qalıb anda,
Gözləyirik dörd bir yanda,
Ulu, uca Türküstanda
Gör nə vaxtdır qurd ulamır...
Tarix: 26.11.2014 / 16:33 Müəllif: Aziza Baxılıb: 424 Bölmə: Dunya ve tarixi