Sual
Zülmün sonu yox, haqq unudulmuşmu, ilahi?
Dünyada ədalət yasaq olmuşmu, ilahi?
Dillərdə yalan, amma könüllərdə həqiqət
Haqq zalimə, düz əyriyə qulmuşmu ilahi?
Meydan sulayan ağ yalanın al şərabından
Millət təpədən dırnağa sərxoşmu, ilahi?
Əzdikcə vətən oğlu vətən oğlunu qəsdən
Bilməm, əzənin qəlbi məgər daşmı, ilahi?
Vicdan kimi, insaf kimi hisslər içimizdən
Bir yolluq atılmşmı, qovulmusmu, ilahi?
Hər möcüzü idrak eləyərkən, bu bəlanı
Qanmaqda beyinlər bu qədər boşmu, ilahi?
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Bextiyar Vahabzadə
loading...