ÖLƏSƏN BİR DÜŞMƏN SEVİNDİRƏSƏN
Ölüb yıxılasan yıxılanda da…
Salxım buzlar kimi sınıb gedəsən…
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən.
Gözlərin tavana dəyib - qayıda,
ürəyin atlanıb çöllərə düşə…
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.
Öləsən bir düşmən sevindirəsən,
ardınca barı bir «sağ ol»un ola …
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...