Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrum sözü ilə bağlı coğrafi adlar

Ayrum tayfasına mənsub olan bu adla bağlı meydana gəlmiş coğrafi adlardan biri Azərbaycanın Ağdaş rayonundakı Eymur kəndidir. Qazax rayonundakı Quşçu Ayrım, Tovuz rayonundakı Mollaayrım, Ermənistandakı Ayrum, Ayrum Mets, Ayrum Pokr, Gürcüstandakı Imera, Imira, Imirasani (Imir Həsənli) kimi coğrafi adlar bu toponimin müxtəlif variantlarıdır. Zaqafqaziyanın tarixi toponimiyasında da Şinix Ayrum, Polad Ayrum və Ayrum adlı yaşayış məntəqələri olmuşdur.

Türkiyənin müasir toponimiyasında da Eymur adını daşıyan yetmiş iki coğrafi adın olması bu tayfanın geniş sahədə ictimaisiyasi fəaliyyət göstərdiyinə dəlalət edir. Türk dillərinə, o cümlədən azərbaycancaya xas olan metateza hadisəsinə görə Eymur sözünün Ayrum (Eyrum) şəklinə düşməsi təbiidir. Beş fonemdən ibarət olan bu sözün üçüncü foneminin "m" fonemi ilə beşinci fonemin -"r" bir-birini əvəzləməsi hadisəsi aşkarlanır. Ayrum (Eyrum) etnoniminin Eymurdan əmələ gəldiyi ədəbiyyatda qeyd edilmişdir. Eymur coğrafi adının Imer, Imir şəkilləri də geniş yayılmışdır. Türkmənistanda Ilyalı rayonunda yaşayan Imrəli (variantları: Imr, Emheli, Avmur) tayfalarının da eyni ayrum tayfasından olması aydın nəzərə çarpır. Imir antroponiminin türkdilli arealda yayılması da müşahidə olunur. Mövlüd Süleymanlının "Köç" əsərinin qəhrəmanlarından birinin adı Imirdir və əsər əslində eymur tayfasına həsr olunmuşdur.

Ermənistan ərazisində AYRIM- Noyemberyan və Tumanyan rayonlarında kənd adları, BÖYÜK AYRIM- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. IMIRLI - Irəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. "Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlır Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər" [3]

Ayrımlar, Azərbaycan Respublikasının şimal-qərb regionunda məskunlaşan əhalidir.Daha cox Qazax rayonunda yasayirlar bu melumati deqiq arasdiriblar evvel Tovuz rayonunda daha cox yasadigi qeyd olunmusdur bu melumat sehvdir.Mahmud Kaşğarinin "Divanu luqat it-türk" əsərində Oğuz sözünün izahı ilə əlaqədar olaraq Ayrımlara dair aşağıdakı məlumat verilir: "Oğuz türklərin bir qəbiləsidir. Oğuz türkmənləridir. Onlar iyirmi iki nəsildir. Onların hər birinin özünəməxsus nişanı, mallarına xas damğası vardır ki, ayrımları bu damğalara görə ayırırlar. Ermənistan ərazisində AYRIM- Noyemberyan və Tumanyan rayonlarında,Azərbaycanda Tovuz və Qazax qəzasında səpələnmişlər.


Tarix: 15.01.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...