Sultan Hüseyn xan Şamlı Xanixan xanımla (?-1581) ailə qurmuşdu.Xanixan xanım Həmzə mirzə Səfəvinin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xan Şamlıın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və "günahsız qadını" boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın qətlə yetirilməsini, öldürülmüş Mirzə Vəli xəlifə Şamlının oğlu İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi.
Əmir xanın və onun güruhunun məkrli fitnələri nəticəsində Hüseynqulu sultan Şamlı, vəzir, Hüseyn bəy, habelə Sultan Hüseyn xan Şamlı öldürüldülər. Beləliklə, saraydakı şamlı əyanlarına divan tutuldu
Oğlanları:
Əliqulu xan Şamlı
Həsən xan Şamlı
Tarix: 14.01.2015 / 17:24 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr