Həyatı
Mirzə Haqverdi Mirzə Əli oğlu 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mәrhum Mirzә Әlinin oğludur ki, sabiqdә Şuşa qazisi idi. Mirzә Haqverdi ziyadә dәqiq vә zәrif bir vücud idi vә әşarü kәlamından belә anlaşır ki, Şeyx Әttar vә Şәms Tәbrizi kimi böyük vә fazil әdiblәrin asari-cәlilәlәrindәn feyzü kamalat әxz edib, onların tutduğu tәriqü mәslәkdә müdavimәt edib şer deyәrmiş vә әşarının çoxusu fars dilindә yazılıbdır". Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.
Tarix: 13.01.2015 / 17:43 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr