Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağqoyunlu dövləti - Xarici dövlətlərlə münasibət

Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Fateh Sultan Mehmet ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. [9][10]Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı.

II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq
Trabzona hücum fikrindən döndərmək.
Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı.Onlar bu danışıqlarda bir-birinə "Ana"-"oğul" deyə müraciət edirdilər.Sara xatun birinci vəzifənin öhdəsindən gəlsə də II Mehmet Trabzona hücum etmək fikrindən əl kəçmədi.1461-ci ildə 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü Ağqoyunluların sarayında təzələndi.Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər.Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi. Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya respublikası ilə ittifaqa girmişdir. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etbar edərək 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı.Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssislərini gətirəcək gəmilər gəlib çıxmadı. Venesiya bu zaman Osmanlıdan ticarət imtiyazları almaq üçün gizli danışıqlar apardı.Şahzadə Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı ordusu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.1473-cüilin yazında Osmanlı ilə Ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı.1473-cü ilavqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Uzun Həsən qalib gələrək Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılar tərəfindən məğlub oldu. Bu döyüşdə Osmanlı yeniçəri alayları xüsusilə fərqləndilər.

1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən Osmanlılara qarşı müharibədə Ağqoyunlulara kömək etmədiyinə görə 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı.[12] Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq eyni zamanda Ərdəbil hakimləri ilə münasibətlər pisləşdi.


Tarix: 13.01.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...