Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamlı eli

Elin tarixi
Şamlı eli Əmir Teymur tərəfindən Suriyadan köçürülüb Ərdəbil ətrafında məskunlaşdırılıb. Əmir Teymur bu eli Xacə Əli Səfəviyə bağışlamışdı. Elin kökü Bəydili və Avşar boylarına bağlıdır. Şeyx Heydəri (1460-1488) əvvəlcə Rum, Talış və Qaracadağ sakinləri müdafiə etdilər.1488-ci ilin yazında, Dağıstana sonuncu yürüşü zamanında isə onun qoşununda şamlı tayfası da var idi.

1521-ci ildən sonra Şamlı elinin nümayəndələri Herat əyalətinə başçılıq etdilər.

1524-cü ildə Şamlı elinin iki görkəmli əmiri – Herat hakimi Durmuş xan və Astrabad hakimi Zeynal xan şəxsən Div sultan Rumluya qoşulmasalar da, onun vəkilliyə olan iddialarını müdafiə etdilər.

1529-cu ildə özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq nümayiş etdirmiş Şamlı elinin başçısı Hüseyn xan əvvəlki mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq çəkən Heratın hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratımühasirəyə aldı. Çuxa sultan Təkəli qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa düşən Hüseyn xan Şamlı Übeydulla xanla danışıqlara başladı. Ona maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan keçərək Şiraza geri çəkilməyə icazə verildi21. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam mirzə ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi. Çuxa sultan özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan Şamlı xəbər tutdu.O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa sultanı ölümcül yaraladı.

Təkəli eli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əlüməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq "ən yaxşı vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb" şaha dövlət işlərinə qarışmaq imkanı vermədi. Hüseyn xan hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam mirzənin xəyanəti barədə xəbər verən "Şərəfnamə"yə görə, Sam mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı. Hüsen xandan məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə,düşmənin tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan xəyanəti barədə şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə saraya çağırılmış və "parça – parça doğranmışdı". Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarınınnarazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.


Tarix: 14.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...