Həyatı
Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakultəsindən məzun olmuşdur. Hazırda "Salampress" qəzetində baş redaktor, eyni zamanda Vyanada "Pusula" beynəlxalq dərgisi əməkdaşı və Türkiyənin "Bağlam" nəşriyyatının tarix əsərlərinin nəşri üzrə redaktordur.
Elmi əsərləri
Xəzər ötəsi türkmənləri (türk dilində). İstanbul 2004, Kaknüs nəşriyyatı;
Qaraxanlılar (türk dilində). İstanbul 2005, Selenge nəşriyyatı;
Şah İsmail Xətai Külliyatı (türk dilində). İstanbul 2006, Kaknüs nəşriyyatı (Babek Cavanşirlə birlikdə);
Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı 2010 (Azərbaycan dilində);
Tərcümə əsərləri
S.Q.Ağacanov. Oğuzlar. İstanbul 2003 (türk dilində), Selenge nəşriyyatı;
S.Q.Ağacanov. Selcuqlular. İstanbul 2007 (türk dilində), Ötüken nəşriyyatı;
C.Həsənli. Soğuk Savaşın İlk Çatışması: İran Azerbaycanı. İstanbul 2008 (türk dilinə), Bağlam nəşriyyatı;
M.Qasımlı. Azerbaycan Türklerinin Milli Mücadelesi (1920-1945). İstanbul 2008 (türk dilində), Kaknüs nəşriyyatı;
İ.Mehmetov. Türk Kafkasında Siyasi ve Etnik Yapı: Eskiden Günümüze Azerbaycan Tarihi. İstanbul 2009 (türk dilinde), Ötüken neşriyyatı;
Tarix: 11.02.2015 / 15:53 Müəllif: Feriska Baxılıb: 117 Bölmə: Azərbaycan tarixçiləri