Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmərdan Əhmədli

Həyatı
Şahmərdan Əhmədli 1969–cu il sentyabrın 17-də Qax şəhərində anadan olub. Qax şəhər 1 saylı orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1988-1989-cu illərdə Primorsk diyarının Vladivostok şəhərində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 39 saylı yol-istismar sahəsində fəhlə (1986-1987) kimi başlamış, Qax Süd Məhsulları İstehsalı Zavodunda iqtisadçı (1993-1996), sonra isə zavodun idarə heyətinin sədri (2006-2009) və "Kürmük" MMC Mineral Su İstehsalı Müəssisəsinin direktoru (2006-2009) işləyib. Müxtəlif vaxtlarda Qax, Zaqatala, Balakən rayonlararası tarix və mədəniyyət abidələrinin muhafizəsi və istifadəsi idarəsində baş müfəttiş (1998-1999), İlisu dövlət tarix-mədəniyyət qoruğunda böyük elmi işci (2005-2009), Qax Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət şöbəsində böyük referent (1999-2000) və icra hakimiyyəti başcısının sosial-iqtisadi məsələlər üzrə muavini (2001-2003), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin Şəki Ərazi idarəsində Daşınmaz Əmlakin Kadastrı və Hüquqların Dövlət qeydiyyatı (2010 noyabr -2010 dekabr) və Qax rayon şöbələrinin müdiri (2010- dekabrından hal-hazıra qədər), Şəki Ərazi İdarəsinin rəisi (2009 iyun-2010 noyabr) vəzifələrində calışıb.

Ailəlidir. Bir övladı var.

Şahmərdan Əhməd oğlunun nəvəsidir
Eldar Əhmədovun qardaşıdır.
Yaradıcılığı
Müstəqil surətdə Qafqazın, eləcə də Azərbaycanın şimal-qərb bölgəsinin tarixinin tədqiqi ilə məşğul olur. Qax və İlisu sultanlığının tarixinə dair məlumatlar ilk dəfə olaraq onun tərəfindən silsilə məqalələr şəklində geniş oxucu kütləsinə təqdim olunmuşdur. 1994-cü ildən başlayaraq bu mövzuda 70-ə yaxın elmi-publisistik məqaləsi dərc edilib. "İlisu sultanlığının süqutu", "Qum məbədinin itmiş kitabəsi haqqında düşüncələr", "Təsəvvüf, biz və elmimiz", "Şamançılıqdan İslama qədər", "Unudulmuş şəhər-Torpaqqala", "İlisu qalaları", "Oncallı türklərı", "Qıpçaqlar", "Sarıbaş kəndi və sarıbaşlılar" və s. kimi məqalələri bu qəbildəndir. Onun araşdırmaları nəticəsində region üçün xarakterik olan "Tunqay Məlik" folklorunun real tarixi hadisələrlə uzlaşdığı təsbit olunmuşdur. Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərindəki Qomenk yaşayış məskəninin indiki Qum kəndi (Qax rayonu) ilə eyni olduğunu sübut edən araşdırmaların müəlliflik hüququna sahibdir.

1998-ci ildə çap olunmuş "Qax abidələri" kitabının (H.Əzimovla birlikdə) müəllifidir. Bu kitab əsasında 2000-ci ildə Azərbaycantelefilmdə lentə alınmış eyniadlı (Qax abidələri) sənədli televiziya filminin yaradıcılarındandır. Onun "İlisudan İstanbula uzanan ömür yolu" və "Minevli Torağay salnaməsi" kitabları çapa hazırlanmaqdadır. Tarixi qəhrəmanlıq mövzusunda yazılmış bir sıra şeirlərin müəllifidir.

Əsərləri
"Qax abidələri". Bakı: "Səda", 1998
Filmoqrafiya
Qax abidələri (film, 2001)


Tarix: 11.02.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 244 Bölmə: Azərbaycan tarixçiləri
loading...