Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülfəz Cəfərov

Əbülfəz Böyükağa oğlu Cəfərov - 20 Yanvar Şəhidi[1].

Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş və orta məktəbi orda bitirmişdir. O, Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işləyirdi. 1990-ci il yanvarın 25-də rayon mərkəzinə gedir və ... "öldür", "dağıt" əmri alan hərbiçilərlə qarşılaşır. Əbülfəz onların AXC-nin Neftçala rayon şöbəsinin üzvlərinə rastlarına çıxan hər bir adama necə divan tutduqlarının şahidi olur. Ələ keçənləri qəsəbənin hamamına yığıb tankların, VTR-lərin gurultusu altında işgəncə vermişlər ki, çıxırtılarını, iniltilərini eşidən olmasın. Bu mənzərəni görən Əbülfəz özünü saxlaya bilmir, əliyalın hərbiçilərin üzərinə atılır. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralıyırlar. Barmağından üzüyünü çıxarıb, qol saatını açıb götürürlər. Aldıqları əmrə əsasən tutulan günahsız müqəssirləri Bakıya gətirməli imişlər. Yaralarından qan daman Əbülfəz də onların arasında olur. Təyyarə Xəzər dənizinin üzərində ikən iki il iki ay nişanlı qalan, toy hazırlığında olan 25 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə əbədilik "əlvida" deyir.


1966-cı ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. 3 qardaşı, bir bacısı qalıb. Yanvarın 16-da :Neftçala rayon xəstəxanasına, atasının yanına gəlmiş, geri qayıdarkən Neftçala Xalq Cəbhəsinin binası qarşısında atəşə tutulmuşdur. Onunla birlikdə həbs olunan Bəxtiyar Ağayevin dediklərindən: [Bəxtiyarın sözləri «Azərbaycan» qəzetində götürülüb, № 23]. — Hamamda bizi yanaşı uzatmışdılar. Əbülfəz ağrılara dözməyib inildəyirdi. Döyülməkdən haldan düşmüş yoldaşımızı və məni necə gəldi maşına tulladılar. Tərpənəni vururdular. Əbülfəzin yaralı olduğuna baxmırdılar. Hər zarıyanda təpikləyirdilər. Əbülfəz huşunu itirəndə onlardan [?] biri barmağındakı nişan üzüyünü çıxarmaq istədi. Çox çalışdı. Görməyim deyə, məni vurub üzümü divara tərəf çevirməyi əmr etdi. Mən yalnız yaralı yoldaşımın yarımcan halda: «ay ana» deyə qışqırdığını və qırıq-qırıq dediyi «Vətənimin, xalqımın yolunda ölürəm, ay Allah» son kəlmələrini eşitdim. Biz maşından düşəndə gördük ki, həlak olmuş yoldaşımızın üzüyü barmaqla bir yerdə yoxdur». Yanvarın 26-da atası onun meyidini Bakıdakı mərkəzi ölüxanadan tapıb. Mərhum Neftçala rayonunda dəfn edilib. Bu ünvanda yaşamışdır: Neftçala rayonu, Bankə qəsəbəsi.


Tarix: 27.01.2015 / 13:20 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanın müharibələri‎
loading...