Həyatı
Allahyar İsgəndər oğlu Nəsibov 1952-ci il aprelin 6-da Ermənistan SSR Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olub[1].
Ermənistandan, doğma yurd-yuvasından qovulandan sonra Bakıda yaşayırdı. Qeydiyyatı olmadığı üçün heç yerdə işləmirdi. Günəmuzd fəhləlik edirdi.
Dörd övladı qalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Qardaşı Tariyelin dediklərindən:
"— O gecə Allahyarı axtara-axtara XI Qızıl Ordu metrosunun üstünə gəldik. Burada Allahyarı tapdıq. Bu vaxt qabaqdan bir nəfəri arxaya gətirdilər. Boğazından yaralanmışdı. Bu ilk yaralılardan idi. Mən ona dedim ki, gəl evə gedək, bunlar, camaatı qıracaqlar. O cavab verdi ki, niyə qorxursunuz, qoy beş-onumuz da ölək. Sonra çaxnaşma düşdü. Biz bir-birimizi itirdik. Xeyli gizləndik. Sonra onu tapa bilməyib respublika xəstəxanasına gəldim. Elə bil duymuşdum ki, nəsə olub ona. O isə artıq keçinmişdi."
Tarix: 27.01.2015 / 12:48 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Azərbaycanın müharibələri