Həyatı
Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub[2]. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.
1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini[3] qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.
Tarix: 22.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri