A.Hüseynov nə bunkerdə, nə də bayırda Hitlerin və həyat yoldaşının meyitinə rast gəlmədiklərini deyir: "Bayırda bomba çalasının içində qismən yanmış bir kişi və qadın meyiti vardı. Onu da bizim dəstə götürüb tabuta qoydu və həmin cəsədlər Moskvaya yola salındı. Yadımdadır, əsir götürdüyümüz bir alman həkim meyitlərin Göbbels və həyat yoldaşı olduğunu deyirdi. Hitler və yoldaşının intihar etdikləri desələr də, mən şəxsən onların meyitlərinə və ya cəsədlərinin qalıqlarına rastlaşmadım. Biz bunkerdə təxminən 70 alman zabitini əsir götürdük. Onların arasında ordu generalları ilə yanaşı, SS generalları da vardı. O generallardan bayaq dediyim də daxil olmaqla, 4-5 nəfər intihar etdi. Amma qalanları xüsusi istintaq qrupuna verildi. Bunkerdə ölən almanların sayı isə 150-dən çox idi. Onlar ya müqavimət göstərib həlak olmuşdular, ya da zəhər içərək. Onların hamısı ümumi əsgəri qəbiristanlıqda, elə bizim əsgərlərlə bir məzarda dəfn edildilər".
Tarix: 23.01.2015 / 15:49 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycanın müharibələri