Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Əzizov - Elmi titulları

Akif Əzizov həmçinin AMEA neft-kimya və yüksək molekullu birləşmələr kimyası üzrə elmi şuraların, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft emalı üzrə elmi-texniki şuranın, M.Nağıyev adına Kimya Problemləri İnstitutunun nəzdində ixtisaslaşdırılmış şuranın, "Azərbaycan kimya jurnalı"nın, "Neft-kimyası və neft emalı" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Beynəlxalq aləmdə yaxşı tanınan alim həmçinin Nyu-York Elmər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür. A.Əzizov dəfələrlə beynəlxalq forumlarda, konfranslarda Azərbaycanı təmsil etmişdir. Çoxillik elmi-tədqiqat işlərinin səmərəsinə görə o, 1986-cı ildə "Əmək rəşadəti" medalına layiq görülmüş, 1994-cü ildə isə Soros Fondunun fərdi qrantını almışdır.

2010-cu ilin iyunuda akademik Akif Əzizov Rusiya Elmlər Akademiyası yer altından çıxarılan və bərpa olunan karbon tərkibli xammalların kimyası üzrə Elmi Şurasının üzvü seçilib.


Tarix: 24.01.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanın müharibələri‎
loading...