Həyatı
Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3№-li orta məktəbdə təhsil alıb. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun xor-dirijorluğu şöbəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib və hərbi xidmətə yollanıb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır. Məktəbin direktoru olmaqla yanaşı burada "Qarabağ bülbülləri" ansamblını yaradıb. Azərbaycan SSR Komsomol Komitəsinin təqdimatına əsasən 1977-ci ildə Zaqafqaziya məktəbinə qiyabi daxil olub, 1979-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra həmin ildə Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsinə daxil olub. 1984-ci ildə universiteti bitirib. Bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür.
Murad müəllimin müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda Respublikanin Xalq artisleri Mirzə Babayevin, Flora Kerimovanin, Oqtay Ağayevin, Əməkdar artisti Zöhrə Abdullayevanın, müğənlilər Lalə Dadaşovanin, Teymur Əmrahın, Tacir Allahverdiyevin, Elnur Zeynalovun və başqalarının ifasında səslənmişdir. Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı Şiraz" muğamını improvizə edərək (Tacir Şahmalıoğlunun ifasında) tarixə düşmüşdür. Bu improvizə Qarabağa həsr olunan bütün film və verlişlərdədə istifadə olunur. Bunlardan əlavə respublikamizin bütün dövlət televiziya kanallarında çıxış edib. Murad müəllimin və ansamblın haqqında 10-yaxın kitablar nəşr edilmişdir. Murad müəllimin pedoqoji faliyyətə başladığı illərdən etibarən və "Qarabağ bülbülləri" yarandığı gündən həyat və pedoqoji faliyyətini ve eyni zamanda ansamblın fəaliyyətini özündə əks etdirən yüzlərcə video kassetlər, disklər çəkilmiş və çəkilməkdədir.
Hal-hazırda bu kasetlər, şəkillər, mətbuat səhifələrində yazılmış küllü miqdarda məqalələr, proqramlar, dəvətnamələr, afişalar Ağdam Dövlət Dram Teatırının tamaşalarına yazdığı musiqi proqramları və ansamblın fəaliyyətinə görə təşəkkür məktubları, hədiyyələr məktəbin fonunda və Murad müəllimin şəxsi arxivində qorunub saxlanılır. Gənc nəslin təlimin vətənpərvərlik və estetik tərbiyyəsinə görə Təhsil Nazirliyinin kollegiyasında Murad Müəllimin iş təcrübəsi müzakirə edilərək, təşəkkür edilib və bu barədə Azərbaycan Müəllimi qəzetində bütünlükdə bu material dərc olunmuşdur.
1988-ci ildə Ağdam Rayon Mədəniyyət Sarayında Murad müəllimin 40-illik yubleyi, 2007ci-ildə isə Rəşid Behbutov adına Mahnı Teatırında Azərbaycanın görkəmli ziyalıları, millət vəkilləri, şairlər, yazıcı, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 60 illik yubleyi təntənəli şəkildə qeyd olunmuş, Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur.2012-ci ildə isə R.Behbudov adına Mahnı Teatrında rəhbərlik etdiyi"Qarabağ Bülbülləri" ansamblının 40-illiyi Azərbaycanın görkəmli ziyalıları,Millət vəkilləri,Şair,Yazıçı,İncəsənət xadimlərinin iştirakı ilə təntəli şəkildə qeyd olunmuşdur.Tədbirdə aparılan çəkilişlər bütün televiziya kanalları və internet vasitəsi ilə respublikamızın ictimayiyyətinə nümayiş etdirilmişdir Hal-hazırda respublikanın mədəniyyət və incəsənət aləmində tanımaqla, rayon və respublika ictimaiyyəti arasında böyük nüfuza malik olmaqla bərabər yenədə yorulmadan respublikamızın ifaçılıq sənətinə layiq gənc, istedatlı ifaçılar yetişdirməkdə davam edir.
Tarix: 23.01.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Azərbaycanın müharibələri