Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zakir Fəxri

Həyatı
Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olmuşdur. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirmişdir (1955-1966). Əmək fəaliyyətinə çilingər kimi başlamışdır (1963-1965).

Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olmuş, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləmişdir (1972-1973). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1985-1989), Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini (1989-1991), əlaqələr şöbəsinin müdiri olmuşdur (1991-1992).

Hazırda "Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrün tarixi" kimi irihəcmli kitabların müəllifidir.

Əsərləri
"Xatirə çiçəyi",
"Bir ömrün tarixi"


Tarix: 23.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycanın müharibələri‎
loading...