Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Rəfiyev

Həyatı
22 fevral 1955-ci il Füzuli rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir.

Döyüşlərdə iştirakı
Faiqin həyatının ən narahat günləri beləcə başlamış oldu...Dəfələrlə qaynar döyüşlərə girər şücaətlə Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşardı. Dinc əhalinin təhlükəsizliyini təmin edərdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərmişdi. Koçbəy kəndi erməni quldurlarının yuvasına çevirilmişdi... Cəsur döyüşçü Faiq buranı faşistlərdən təmizləmək üçün plan hazırlayır...Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkildilər, evlərdə gizlənən quldurları axtarıb məhv edərkən qəfil atılan güllə Faiqin Vətən eşqi ilə dolu ürəyini parçaladı. 10 yanvar 1992-ci il o, əbədiyyətə qovuşdu.

Ailəsi
Ailəli idi, iki övladı qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı məktəb qəhrəmanımızın adını daşıyır.


Tarix: 26.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanın müharibələri‎
loading...