Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rauf Əliyev (şəhid)

Həyatı
Rauf Əliyev 1973-cü il iyunun 25-də anadan olub[1]. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.

Daxili Qoşunların sıralarında sıravi hərbi qulluqçu kimi xidmət edən Rauf, nizam-intizamı və nümunəvi xidməti ilə təkcə komandirlərinin deyil, yoldaşlarının da hörmətini qazana bilib.

Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirən sıravi R.Əliyev Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu.

Rauf bəxtinə yazılan ömrünün 19 ilini şərəflə yaşadı və qəhrəmanlığı ilə əbədi ölümsüzlük – şəhidlik qazandı.

Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən “Azərbaycan Respublikasının Fəxri Fərmanı” ilə (ölümündən sonra) təltif edilib.


Tarix: 24.01.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanın müharibələri‎
loading...