Həyat və yaradıcılığı
24 may 1919-cu ildə Ağdam rayonunun Gülablı kəndində doğulmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur. "Taleh və Həqiqət", "Bəxtiyar və Lətafət", "Mahir və Həsrət", "Səməd və Zeynəb", "Valeh və Taleh" dastanlarının, çoxsaylı qoşma, gəraylı, təcnis, qəzəl, müxəmməs və b. şeirlərin müəllifidir. Bir çox aşıq və şairlərlə deyişmələri var.
Abdal-Gülablı aşıqlarının həyat və yaradıcılığının toplanması və araşdırılması ilə məşğul olmuşdur. 1970-ci ildə Famil Mehdi ilə birlikdə Aşıq Valehin şeirlərinin toplandığı "Alçaqlı ucalı dağlar" kitabını tərtib etmişdir. Topladığı materialların bir hissəsi "Qarabağ: Folklor da bir tarixdir" folklor toplusunuin 5-ci kitabına daxil edilmişdir.
Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuş, məşhur "Nənə qızlar ansamblı"nı yaratmışdır.
3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir.
Tarix: 23.01.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycanın müharibələri