Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahib Nəbiyev

Həyatı
Nəbiyev Sahib Vəzir oğlu 2 sentyabr 1961-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur.

1978-ci ildə Ağdam rayonunun Gülablı kənd orta məktəbini bitirmişdir.

24 oktyabr 1980-ci ildə Ağdam rayonu Hərbi Komisarlığı tərəfindən Sovet ordusu sıralarına çağrılmış 5 avqust 1982-ci ilə qədər 78266 saylı hərbi hissədə sürücü işləmişdir.

05.08.1982 – 26.07.1986-cı ildə Bakı Ali Ümumiqoşunlar Komandanlıq Məktəbini əla qiymətlərlə bitirmişdir.

01.09.1986 - 27.03.1988-ci illlərdə Motoatıcı Tağım Komandiri.

27.03.1988 - 26.01.1991-ci illərdə Motoatacı Bölük Komandiri.

26.01.1991 - 19.05.1992-ci illərdə Tabur Komandirinin Silah və Texnika üzrə müavini.

19.05.1992 - 01.10.1994-cı illərdə BAÜKM-də “Döyüş maşınları və Aftomobil”ləri kafedrasının müəllimi.

01.10.1994 – 12.11.95-ci illərdə “Döyüş maşınları və Aftomobil”ləri kafedrasında Baş müəllim.

12.11.1995 – 14.10.1998-ci illərdə Aftomobil hazırlığı silsiləsinin baş müəllimi.

14.10.1998 – 31.08.2001-ci illərdə “Döyüş maşınları və Aftomobil”ləri kafedrasında Döyüş maşınları və Aftomobillərinin sürülməsi silsiləsinin baş müəllimi.

31.08.2000 – 31.12.2002-ci illərdə Maddi Texniki Təminat kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

31.12.2002-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata tərxis olunmuşdur. Hərbi pensiyaçıdır. Qarabağ müharibəsinin veteranıdır.

31.12.2002-ci ildən hal-hazıra qədər işləmir.

Ailəlidir. Üç övladı var.


Tarix: 23.01.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎
loading...